Azərbaycan tarixində ən bahalı transfer reallaşdı

14:59 15-04-2021 | icon 32 | İdman
Azərbaycan tarixində ən bahalı transfer reallaşdı

Kiberidman üzrə yarışlar təşkil edən “Gaming League Azerbaijan” ilk transferini rəsmiləşdirib.

 

“Gaming League Azerbaijan”ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - “Guardians of the Maiden Tower” - “Qız Qalasının keşikçiləri” klubu ilə rəsmi müqavilə imzalayıb. 

 

Qeyd edək ki, 1999-cu ildə Bakıda anadan olan Cavid Qurbanov uşaq yaşlarından kiberidmanla maraqlanır. O, GLA tərəfindən keçirilən Milli Liqa yarışlarında qələbə qazanıb və dəfələrlə mükafatçılar sırasında yer alıb. Cavid MDB Çempionatında Azərbaycan üzrə ən yüksək nəticəni göstərib. O, FİFA EuroCup turnirində 2-ci yeri tutub.

 

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında transfer barədə bunları danışıb:

“Cavid Qurbanov Azərbaycan kiberidmanında ən güclü oyunçu - qeymerlərdən biridir. Onun transferinə marağı təbii qarşıladıq. Buna görə oyunçunun dəyəri müəyyənləşdirildi və transferə görə 25 min manat tələb olundu. Avropa kiberidmanıyla müqayisədə cüzi görünən məbləğ Azərbaycanda bir ilkdir. Əsas kiberidmanın həm də oyunçulara maddi baxımdan gəlir gətirməsidir”.

 

Cavid Qurbanovun transfer olunduğu GMT Esports - “Guardians of the Maiden Tower” Azərbaycanın ilk kiberidman klubudur. Hazırda dünya reytinqində 18, MDB ölkələri arasında isə 3-cü pillədədir. Komandanın rəhbəri Oqtay Qasımzadə transferi yüksək dəyərləndirib:

“Klubumuz bu transferlə heyətini gücləndirib. Bundan sonra da Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyə çalışacağıq”.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?