Qənirə Paşayeva Leyla Əliyevanın şeir toplusunun TƏQDİMATINDA

13:04 17-04-2021 | icon 202 | Cəmiyyət
Qənirə Paşayeva Leyla Əliyevanın şeir toplusunun TƏQDİMATINDA

"Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən təqdimat mərasimində çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, Komitə sədri Leyla Əliyevanın yaradıcılığına yaxından bələd olduğunu bildirib:

 

“Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardır – Ulularımızın “Ya göründüyün kimi ol, ya olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın yalnız yaradıcılığında deyil, şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə yanaşı, başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir. Leyla xanımın indiyədək ölkəmizdə və bir sıra xarici ölkələrdə kitabları gün üzü görüb, bugünsə qardaş Qırğızıtanda çıxmış kitabın təqdimatına yığışmışıq. Təbrik edir, uğurlar arzulayıram! İnanıram ki qırğız oxucuları Leyla xanımın şeirlərini sevə-sevə oxuyacaq, zövq alacaq”.

 

Q.Paşayeva təqdimatdan sonra respublikamızda səfərdə olan və təqdimatda iştirak edən Qırğız Respublikasının Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyevlə görüşüb, onunla qarşılıqlı maraq doğruan məsələlər ətrafında fiklir mübadiləsi aparıb.

Leyla Əliyevanın kitabının qırğızca nəşr olunması da daxil olmaqla, iki qardaş ölkə arasında ədəbiyyat, mədəniyyət sahəsində görülmüş və planlaşdırılan işlərdən məmnunluq ifadə edilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"