“AXH qurultaya hazırlaşır”

14:04 18-04-2021 | icon 107 | Siyasət
“AXH qurultaya hazırlaşır”

İlyas Abdullayev: “Mirmahmud Mirəlioğlu ilə Qurban Məmmədovun bu hərəkata aidiyyatı yoxdur”

 

Müxalifət düşərgəsində böyük qalmaqal və parçalanma ilə müşahidə olunan bir sıra siyasi  partiyaların, eləcə də mərhum İsgəndər Həmidovun yaratdığı Azərbaycan Xalq Hərəkatı (AXH)qurultaya hazırlaşır. Qurultayı parçalanma və çaxnaşmalarla yadda qalan AXH-nin hansı qanadı keçirir, İsgəndər Həmidov, yoxsa Mirmahmud Mirəlioğlu qanadı? AXH tərəfləri kompramisə gəldimi?

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında AXH-nin dönəm sədri İlyas Abdullayev bildirib.

 

O, hərəkatın indi də fəaliyyət göstərdiyini deyib. Bildirib ki, iddia edildiyi kimi, KXCP sədri Mirmahmud Mirəlioğlu və Qurban Məmmədovun Xalq Hərəkatına aidiyyatı yoxdur:

 

“Mirmahmud Mirəlioğlu AXH-dən aralanıb. Sonra İsgəndər Həmidov komada olduğu dövrdə Qurban Məmmədovun təkidilə özünü AXH-nin rəhəbri elan edib. İndi AXH adına iddia edən Mirmahmud Mirəlioğludan başqa AXH-də heç kim yoxdur.

Bu hərəkatını mərhum İsgəndər Həmidov yaradı. Bu il iyunun 1-nə qədər hərakatın qurultayı keçiriləcək”.

 

AXH olaraq özünün və Yavər İsmayılovun təzyiqlərə məruz qoyularaq bir müddət həbsə atıldığını vurğulayan İ.Abdullayev hərəkatda yaranan biabırçı qalmaqal və parçalanmaların planlı şəkildə həyata keçirildiyini vurğulayıb:

 

“Qurban Məmmədov hərəkatın dağıdıcılıq işi ilə məşğul olmuşdu. Onun Hərəkat üzvlərini təxribata təlimatlandırması ilə bağlı votsap yazışmaları üzə çıxmışdı”.

  

Hazırda qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 9 üzvünün olduğunu deyən İ.Abdullayev pandemiya dövründə onlayn görüşlər və digər açıq tədbirlər keçirildiyini qeyd edib:

 

“Bir vaxtlar Mirmahmud Mirəlioğlu deyirdi ki, Elçibəydən sonra AXCP-nin varisi mənəm. Amma sonra məcbur olub ad dəyişikliyinə getdi və KXCP oldu. Mirmahmud Mirəlioğlunun AXH-yə iddia etməsi AXCP-dəki o yolun təkrarıdır. AXCP-nin sədri, varisi Əli Kərimlinin rəhbrlik etdiyi partiyadır”.

 

AXCP sədrinin bu varisliyə nə dərəcədə haqqının olub-olmamasının başqa bir mövzu olduğunu vurğulayan İ.Abdullayev məsələyə formal yanaşaraq, Elçibəy partiyasının emblem, ştampının Əli Kərimlinin rəhbərliyi altında qaldığını qeyd edib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?