Bu, kişilərdə 33 yaşdan başlaya bilər

13:27 19-04-2021 | icon 104 | Sağlamlıq
Bu, kişilərdə 33 yaşdan başlaya bilər

Klimaks - kişinin orqanizmində cinsiyyət orqanlarının funksional aktivliyinin azalmasıdır. Bu hal tamamilə normaldır, xəstəlik hesab olunmur, tez həkimə gedib, müalicə etdirməyə ehtiyac yoxdur.

 
 
 
Təəssüf ki, bir çox kişilər yalnız qadınların klimaks keçirdiyini düşünüb, ölənə kimi cinsi aktiv olacaqlarını düşünürlər.
 
 
Kişilər üçün bu müddətin başlanması qadınlardakı kimi elə də ciddi dəyişiklik, halsızlıq, fəsad yaratmır, amma güclü psixoloji zərbə vurur, depressiya yaradır ki, bu halda kişilərə psixonevroloji korreksiya lazım olur.
 
 
Versus.az xəbər verir ki, tibbdə kişi klimaksı Adrenopauza adlanır. Məhz androgenlərin ifrazının sönməsi, reproduktiv funksiyanı azaldır, kişilərin ürək-damar, uroloji və s. sistemlərinə təsir edir.
 
 
Rəsmi statistikaya görə, 8% kişilər 40-50 yaşlarında klimaksla qarşılaşır. Klimaksın başlaması qanda testosteronun getdikcə azalması ilə təyin olunur. Kişilərdə bu hormonun azalması 31 yaşdan sonra başlayır. İldə 1-3% azalmağa doğru gedib, 50 yaşdan sonra ildə 10-20%-ə qədər azalır.
 
 
Kişi klimaksının əsas simptomları:
 
-Cinsi istəyin azalması, cinsi aktların sayında azalma
 
-Ereksiyanın pizləşməsi, spontan ereksiyanın itməsi
 
-Cinsi orqan da az hissiyyatlı olur
 
-Sperma ifrazında azalma
 
-Tez-tez sidiyə getmə
 
-Əsəbilik, depressiya, qıcıqlanmaq, tez yorulma
 
-Ürəkdə problemlər, ürək ritminin pozulması
 
-Qanda lipid səviyyəsinin artması
 
-Dərinin quruması, qabıqlanması
 
-Bədənin müxtəlif nahiyələrində pis toplanması
 
 
Kimlər risk altındadır:
 
Kişilərdə bunu sürətləndirən faktorlar da var: alkoqol, siqaret, infeksiyalar, sidik sistemində patologiyalar, yumurtalarda problemlər, artıq çəki, xroniki xəstəliklər, endokrin sistem və ürək xəstəlikləri, qidalanma, stress, həyat tərsi və s.
 
 
Diaqnostikası:
 
 
-Testosteronun yoxlanması
 
-Hormonal müayinə- follikulstimulyasiya, lütein
 
-Resproduktiv funksiyaların yoxlanması
 
- Sidik cinsiyyət sisteminin müayinəsi
 
- Psixoloji, nevroloji müayinə
 
 

Kişi klimaksının qarşısını necə almalı?

 
 
Bu təbii prosesin müalicəsi yoxdur. Amma əgər erkən təyin olunubsa, o zaman dəstəkləyici terapiya kimi testosteron tərkibli preparatlar təyin etmək olar. Kişinin yaşından asılı olaraq doza seçilir. Bundan əlavə fizioterapiya, nevroloji müalicə, müalicəvi idman və s. kimi tədbirlər seçilə bilər.
 
 
Profilaktika məqsədilə zərərli vərdişlərdən uzaq olmaq, yüksək fikizi və cinsi aktivliyi qorumaq, yaxşı qidalanmaq lazımdır.
 
 
Qadınlardan fərqli olaraq, heç də bütün kişilərin yaşlı dövrdə reproduktiv funksiyası itmir. Yəni elə kişi var ki, 80 yaşında ata ola bilir. Hansı ki, bu qadınlarda mümkün deyil. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?