"Qarabağda rus pasportunun paylanması mümkün deyil"

10:09 19-04-2021 | icon 233 | Siyasət
"Qarabağda rus pasportunun paylanması mümkün deyil"

Fuad Əliyev: "Müharibə başlasa, Ukrayna ərazilərini itirəcək"

 

“Mən inanmıram ki, bu gərginlik nəticəsində müharibə olacaq. Müharibə başlasa, onda Ukrayna yeni torpaqlarını itirəcək".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Ukraynanın keçmiş rəhbərliyinin səhv siyasəti torpaqların itirilməsinə gətirib çıxartdı:

 

“Ukrayna və Gürcüstan bizim Vətən müharibəsində qələbəmizdən sonra həvəslənərək öz daxili problemləri – işğalda olan torpaqları azad etmək üçün hərəkətə keçiblər. Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi qapalı müzakirəsi keçirilib. Gürcüstanda hakimiyyət hal-hazırda Rusiyaya loyal siyasət apardığına baxmayaraq, onlar da çalışırlar ki, Rusiyanın təsirindən çıxsınlar, Abxaziya və Cənubi Osetiyanı qaytarsınlar. Eynilə Ukrayna. Krım, “LNR” və “DNR” işğaldan azad etsinlər. Ukrayna keçmiş rəhbərliyinin səhv siyasəti nəticəsində bu əraziləri “itiriblər”. Beynəlxalq dəstəyi çox zəif idi”.

 

ALDP sədrinin sözlərinə  görə, Azərbaycana çox güclü beynəlxalq dəstək olmuşdu. Və bu dəstək bizim qələbəmizi gücləndirdi:

 

“Qardaş Türkiya və Pakistan, Qoşulmamaq Hərəkatı, nüfuzlu beynəlxalq təşkilatlar və bəzi Avropa ölkələri haqlı olduğumuzu bəyan edərək, bizə dəstəklədilər.”

 

Fuad Əliyevin fikirlərincə Ukrayna Rusiya ilə müharibəyə başlasa, yeni torpaqları itirəcək:

 

“Mən inanmıram ki, bu gərginlik nəticəsində müharibə olacaq. Müharibə başlasa, onda Ukrayna yeni torpaqlarını itirəcək. Bəzi siyasətçilər keçmiş Qarabağ problemini Gürcüstanda və Ukraynada olan problemlərlə müqayisə edirlər. Bu səhv yanaşmadı və müqaisə olunmayan məsələlərdi. Ermənilər nəyinki Azərbaycana, onlar regiona, Qafqaza gəlmə bir xalqdır. Onları bura məcbur köçürüblər. Bizim qədim torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur hesabına qondarma Ermənistan respublikasını yaradıblar. Sovet dövründə “qardaş köməyi” adı ilə ermənilərə və gürcülərə torpaq “bağışladıq”. Ermənilərin Azərbaycanın Qarabağ hissəsinə köçməsinin isə bu yaxınlarda 180 illiyi idi. Bunlar hamısı tarixi sübutdur ki, ermənilər bu regiona gəlmə xalqdır. Ukraynada isə məsələ başqadır. Ukraynada Lugansk və Donetskdə yaşıyanların əksəriyyət ruslar idi”.

 

Rusiya “DNR” və “LNR” yaşayanlara pasportların verilməsinin Qarabağda təkrar oluna biləcəyi ehtimalına gəlincə, ALDP sədri vurğulayıb ki, o ərazilərdə ruslar çoxluq təşkil edirdilər və Rusiya sərhədinə yaxın kompakt yaşayırlar:

 

"Bizdə isə ruslar Qarabağın dağlıq hissəsində yaşamayıblar. Çoxluq təşkil edən xalq biz olmuşuq və azlıq təşkil edən, gəlmə, məcburi köçürülən xalq ermənilər olub. İkinci bir tərəfdən, həm müharibə zamanı, həm də müharibədən sonra Rusiya prezidenti Putinin bir neçə dəfə səsləndirdiyi açıqlamalar olub ki, “Qarabağ Azərbaycan ərazisidir”. Ona görə rus pasportun paylanması mümkün deyil”. /“Kanal-13”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?