"Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır"

13:39 20-04-2021 | icon 96 | Siyasət
"Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır"

Elxan Şahinoğlu: “Şoyqu minalanmış ərazilərlə bağlı xəritələri niyə erməni həmkarından istəmir?”

 

Bu günlərdə Müstəqil Dövlət Birliyinə üzv olan dövlətlərin parlament sədrləri Sankt-Peterbuqrda iki canlı konfransda iştirak ediblər. Əvvəlcə “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər, daha sonra “Terrorizm və şiddətli ekstremizm” mövzusunda beynəlxalq konfrans keçirilib. Eyni zamanda MDB Parlamentlərarası Assambleyasının plenar iclası keçirilib.

 

Belə bir toplantının keçirilməsinə nə ehtiyac var idi və Azərbaycanla bağlı hansı məsələlər diqqəti çəkib?

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloq Elxan Şahinoğlu maraqlı nüanslara diqqət çəkib.

 

Politoloq bildirib ki, pandemiya ilə əlaqədar beynəlxalq konfranslar və liderlərin kütləvi görüşləri adətən onlayn fotmatda keçirilir:

 

“Hər iki toplantını onlayn formatda keçirmək mümkün olmazdımı? Rusiyada yoluxma sayı da azalmayıb ki, deyəsən ki, canlı ünsiyyət şəklində iki konfransın keçirilməsinə ehtiyac var idi. Onsuz da Müstəqil Dövlətlər Birliyi bir işə yaramır.

Deməli, Kremlin qərarı belə olub ki, MDB parlament sədrləri mütləq Sankt-Peterburqda toplanmalı və əməkdaşlıqdan danışılmalıdır. Halbuki, yenicə müharibədən çıxan iki ölkə - Azərbaycanın və Ermənistanın parlament sədrləri çıxışlarında öz arqumentlərini səsləndiriblər. Ermənistanın parlament sədri “əsirlərdən”, Azərbaycanın parlament sədri isə minalanmış ərazilərin xəritəsinin təhvil verilməməsindən danışıb”.

 

Politoloq həmin tədbirdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlaması diqqəti çəkib:

 

“Şoyqu deyib ki, BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib. “Ora tamamilə minalanıb. Ora əhali qayıda bilmir. Kimsə qayıdıb? Hələ ki, heç kim” - rusiyalı nazir qeyd edib”.

 

E.Şahinoğlu Rusiya rəsmisinin çıxışındakı mübahisəli məqamlarda kifayət qədər suallara cavab tapılmalı olduğunu qeyd edib. O, Rusiya rəsmisinin öz maraqları prizmasından çıxış etdiyini vurğulayıb:

 

“Birincisi, BMT-yə müraciətini rəsmi Bakı ilə razılaşdırıbmı? Çünki söhbət Azərbaycan ərazilərindən gedir. İkincisi, Şoyqu minalanmış ərazilərlə bağlı xəritələri erməni həmkarından istəyibmi? Axı Şoyqu da hamıdan yaxşı bilir ki, Qarabağda minaları kimlər basdırıb. Yox əgər Şoqyu düşünür ki, inandırıcı olmasa da, minalanmış ərazilərin xəritəsi yoxdur, buna da aydınlıq gətirməsinə ehtiyac var”.

 

Politoloq Sankt-Peterburqdakı toplantıda Azərbaycanla bağlı ikilistandartları ilə diqqəti çəkən digər bir məqamı da önə çəkib:

 

“Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienko MDB Parlamentlərarası Assambleyasının plenar iclasında belə bir cümlə işlədib: “Biz Azərbaycan prezidentinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırmağa yönəlmiş təşəbbüsünü hərarətlə alqışlayırıq”.

Azərbaycan prezidenti harda deyib ki, iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılmalıdır? Rusiyanın baş qərargah rəisi erməni həmkarını bugünlərdə qəbul edərkən Rusiyanın Cənubi Qafqazda strateji müttəfiqinin Ermənistan olduğunu gur səslə bildirib. Azərbaycan prezidenti isə Rusiyaya müraciət edərək bunları deyib: “Ermənistan ordusunu kimə qarşı modernləşdirirsiniz?”, “İsgəndər raketləriylə bağlı Sizdən izahat gözləyirik”.

 

E.Şahinoğlu bildirib ki, Kreml bu sualları hələ də cavabsız qoyarkən Rusiya ilə müttəfiqlik münasibətlərindən danışmaq olmaz.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?