“Bizim Göyçə də o qədər gözəl idi ki...” - MÜSAHİBƏ

14:12 20-04-2021 | icon 242 | Tarix
“Bizim Göyçə də o qədər gözəl idi ki...” - MÜSAHİBƏ

Mürvət Həsənli: "Xankəndiyə necə gedəcəyiksə, o torpaqlarımıza da elə gedə biləcəyik"

 

Azərbaycan torpaqları 200 idir özünün şanlı səhifələri ilə yanaşı, qanlı-qadalı, müsibətlər, istilalar, soyqrımlarla dolu faciəli günlər yaşadı. Torpaqlarımız tarixin müxtəlif dönəmlərində  imperialist qüvvələrin dəstəyi, daşnak ermənilərin əli ilə istila edildi, mədəniyyət, tarixi abidələri dağıdıldı, o torpaqların əsl sahibləri öz ata-baba yurdlarından qovuldular. Azərbaycanın Qərbində yerləşən Zəngəzur, İrəvan mahalı xarici qüvvələrin əli ilə Azərbaycan türklərindən alınaraq ermənilərə peşkəş edildi. Bu proses Azərbaycan türklərinin qanının, canının hesabına, soyqırımlar, cinayətlər hesabına addım-addım həyata keçirildi. İrəvan xanlığından sonuncu türklər - azərbaycanlılar 1988-1989-cu ildə çıxarıldılar. Erməni vəhşilərinin gözlənilməz xain hücumlarına qarşı heç bir hüquqi, mənəvi, hərbi dəstəyi ala bilməyən Azərbaycanlılar məcbur olub öz doğma torpaqlarını - İrəvanı tərk etdilər. İndi o yerlər Ermənistanın sərhədləri daxilində girovluqdadır. Lakin hər bir irəvanlı o yerlərə, öz torpaqlarına qayıdacağına inanır və hər gün o qayıdış anlarının xəyalını qurur.

 

Göyçə mahalında doğulan, orda boya-başa çatan və 1988-ci ildə vətənindən qovulan bir göyçəlinin - iqtisadçı Mürvət Həsənli oxucularımızla xatirələrini bölüşür.

 

- Mürvət bəy, bizə o yerlərdən -  Azərbaycanın gözəl diyarı olan Göyçədən danışın. O yerləri necə xatırlayırsız?

 

 

- Vətənimizin hər guşəsi mənim üçün çox əzizdir. Doğulub boya-başa çatdığım Azərbaycanın o gözəl guşəsi - Göyçə mahalı Şah İsmayıl Xətainin yaşadığı əzəmətli dövrün tarixi, münbit əraziləri olaraq tanınır. Mənim üçün Dərbənd, Təbriz, Kərkük, o cümlədən doğulub-böyüdüyüm Göyçə mahalı da əzizdir. Mən Göyçə mahalı İrəvan qəzasının Təmbərək rayonunun Ağbulaq kəndində doğulub böyümüşəm. 18 yaşıma kimi orda yaşamışam. 18 yaşım qaçaqaç dövrünə düşmüşdü. Həm də mən 1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılmışdım. Atam məni Gəncədən əsgərliyə yola salıb evə qayıdandan sonra qaça-qaç başlayıb. Əsgərlikdə olduğum 6 ay ərzində evimizlə, atamla, anamla heç bir əlaqəm olmayıb. Yəni onların məcburən köçüb gəldiyi yerin ünvanı bəlli deyildi. Sonra atamgil hərbi komisarlıqdan mənim yerimi öyrənib məktub yazmışdılar. Ondan sonra yazışmalarımız başladı...

 

 

- 18 yaşına qədərki Göyçəni necə xatırlayırsız. Orda hansı xatirələriniz qalıb?

 

- Hamının eli-obası özünə şirindir. Bizim Göyçə də o qədər gözəl idi ki... Biz Göyçə gölünün sahilində yaşayırdıq. Həm balıq məhsullarımız vardı, həm də kənddə heyvandarlıqla məşğul olurduq, yəni normal yaşayışımız, həyatımız vardı. Atam müəllim işləyirdi deyə elmə daha çox meylimiz vardı...

Tarixi araşdıranda məlum olur ki, bizim el-oba Şah İsmayıl Xətainin xalqından, qoşunlarından gəlib orda qalanların sülalələridir. Yəni Göyçə camaatı 15-16-cı əsr Azərbaycan türklərinin nəslindəndir. Araşdırılsa, tariximiz, kökümüz daha da dərinlərə gedir. Belə deyilirdi ki, kəndimizin böyük bir hissəsi İndiki İranın Sulduz bölgəsindən köçüb gələnlərdir.

Kəndimizdə məscidimiz, balaca qalalarımız var idi. O dövrdə xatirə kimi ancaq bu məscid, balaca qalalar yaddaşımda qalıb. Adətən böyük kəndlərimizdə çox böyük, gözəl tarixi abidələrimiz olub.

 

- Sizin kənddə o vaxt ermənilər yaşayırdı?

 

- Bizim 1 rayon mərkəzimiz, 32 kəndimiz var idi. 32 kəndin ikisi ya üçü erməni kəndi idi, qalanı bizim Azərbaycan kəndləri idi. Rayonun özündə isə bir az malakanlar yaşayırdı.

 

 

- Kənddə az sayda olan o ermənilərin sizə münasibəti necə idi? Məlumdur ki, ermənilər hər zaman bolşevik-sovet daşnakları birləşərək Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin inkişafına hər vəchlə xaincəsinə maneçilik törətməyə çalışırdılar.

 

- Bizim rayonda əhalinin böyük bir hissəsi, 80 faizi azərbaycanlılar idi. Bizim kənddə dediyim kimi, ermənilər az idi, çox deyildilər. Erməni xislətidir də, onlar hər zaman tariximizi saxtalaşdırmağa çalışırdılar. Guya Göyçədə daha öncədən yaşadıqlarını göstərməyə çalışırdılar. Ermənilər heç vaxt öz saxtakarlıqlarından qalmırlar.

Bizim bölgənin əhalisinin elmli olması ermənilərin nəyisə özləri üçün formalaşdırmasına imkan vermirdi. Yadımdadır ki, adətən 8-ci sinifdə oxuyanda oğlan uşaqları yığışıb rayon mərkəzinə yoxlanışa gediridk. Bir 8-9 nəfər rayona gedəndə orda 10-15 erməni bizə ilişirdi, bizi hədələyirdi, biz də onların cavabını verirdik, üstümüzə hücum çəkəndə isə onları basıb döyürdük. Bəzən mənim özümə də qəribə gəlirdi ki, bunlar niyə dava salıb sonra qaçıb gedirlər. Atalarımız deyirdilər ki, erməniylə dalaşanda vur qanı çıxsın, birinin qanı çıxan kimi hamısı qaçacaq. Yəni həqiqətən də erməni qandan çox qorxur. Ermənidə o mərdlik, igidlik olmurdu ki, qan gördükcə bizim kimi qızışsınlar. Adətən türklər qan görəndə qızışır, düşmənin üzərinə gedir, amma ermənilər qanı görən kimi qaçırdılar. Çünki xəbis, hiyləgər, qorxaqdırlar. Qandan qorxmaq onların genlərindədir.

Kəndimizdən kənarda bizim gözəl bulaqlarımız var idi. 2-3 nəfər uşaq yığışıb gedirdik ora. Görürdük 5-6 erməni yeniyetmə oturublar orda, biz bunlara çatan kimi qaçıb gedirdilər. Bir sözlə, qorxurdular bizdən. Amma indi baxırsan ki, kişi-kişi danışırlar.

 

 

“O Vəzirovlar bizə siyasi, mənəvi dəstək versəydilər...”

 

- Bəs nə oldu Mürvət bəy. Tariximizə baxıb yüksək səviyyəli məqamları görəndə fikirləşirsən ki, bəs nə oldu, bu torpaqlardan niyə qovulduq. Niyə bizim o elmimiz, gücümüz, Xətai oğullarının, türkün qüdrəti özünü göstərə bilmədi?

 

- Əvvəlcə onu deyim ki, heç kim vətənini heç nədən qoyub çıxmaz. Yaşayış lap zülüm də olsa, hər kəsə torpağı əzizdir, doğmadır. Biz bu gün vətənimizi ancaq yuxularda görürük. Ona görə yuxularımıza gəlir ki, bizim göbəyimiz kəsiləndə İrəvanın torpaqlarında basdırılıb.

Deməli, 1988-ci ilin iyun ayı idi, ermənilər təxribatlar törətməyə başlamışdılar. Orda böyük bir mitinq keçirdik. Qonşu kəndlərdən də hamı yığılmışdı. Elə təlatümlü bir mitinq idi ki, ermənilər də çox narahat olmuşdular. Bu mitinq ermənilərə bir mesaj idi. Həmin dövrdə Azərbaycanın başındakılar, o Vəzirovlar bizə siyasi, mənəvi dəstək versəydilər, heç kim torpağından çıxmıyacaqdı. Sadəcə, bunu elə düzdülər-qoşdular ki...

Baxın, hər gecə 3-4 kişi kəndin girəcəyində qaravul çəkirdi ki, birdən ermənilər gecə bizə hücum çəkər. Bir gecə mən də qaravulda durdum, bir dənə ağ rəngdə olan “Niva” gəldi. Birimiz “Niva”nın qarşısına çıxdıq, birimiz də əlimizdə qoşalülə silah, kənardan gözləyirdik. Maşında 4 erməni var idi, bizi görən kimi sürüb qaçdılar. Qorxublar ki, guya onları qoşalüləylə güllələyəcəyik. Bax bu şəkildə mühafizə olunurduq. Onlar gəlib kəndin içində qışqırıb-bağırırdılar, kəndin içində maşını sürətli sürürdülər ki, bizi qorxutsunlar, evimizi qoyub qaçaq. Yəni həmin dövürdə o siyasi və mənəvi dəstək olmadığına görə, bu vəziyyət yarandı. Bizim orda keçirdiyimiz mitinqdən sonra bizə Azərbaycandan...

... Qoy yadıma düşmüşkən sizə maraqlı bir fakt deyim. Mənim18 yaşım var idi, atam tarix müəllimi idi, elin-obanın sayılıb-seçilən kişilərindən idi. Onunla həmişə bunun polemikasını aparırdıq. Bizim kəndə kim gəlsə yaxşı idi? Şirməmməd Hüseynov. Şirməmməd Hüseynov gəlib ümumi bir çıxış elədi ki, azərbaycanlılar, qalın, getməyin. Mənim fikrimcə, Şirməmməd Hüseynov Azərbaycan hakimiyyəti adından danışa bilmirdi deyə, bizə o sözü, əminliyi verə bilmirdi.

 

- Orda baş verənlər artıq digər rayonlarımızda olan hadisələrin təkrarı idi...

 

- Bəli, bütün rayonlarda eyni vəziyyət idi. Bizim Qafanda, Vedidə çox böyük qırğınlar oldu. O dövrdə eşitdim ki, ermənilər azərbaycanlıları minlik borunun içinə diri-diri doldurub, ağzını svarkalayıb dərəyə yuvarlayıblar. Görün azərbaycanlılara nə qədər zülüm ediblər. Tarixdə də bu var ki, ermənilər həmişə naxələf olub.

 

“Daha bir 28-30 illər gözləmiyəcəyik, yaxın zamanlarda Zəngəzurumuza, Göyçəmizə və...”

 

- Mürvət bəy, bu günlərdə Azərbaycan prezidenti də çıxışında bəyan etdi ki, biz İrəvana, Zəngəzura qayıdacağıq. Bir irəvanlı olaraq necə qarşıladınız bu çıxışı, hansı ümidi yaratdı sizdə?

 

- Tam səmimi söyləyim ki, ümumiyyətlə, 2003-cü ildən bu dövrə kimi ölkə başçısının uzaqgörən siyasətini, iti düşüncəsini hər zaman dəstəkləmişəm. 2020-ci ildə biz qələbəni çox asanlıqla qazandıq. Bu, ölkə başçısının uzaqgörən siyasəti və nə zaman hücum etmək əmrini verə bilməsinin nəticəsi idi. Düşünürəm ki, daha bir 28-30 illər gözləmiyəcəyik və yaxın zamanlarda Zəngəzurumuza, Göyçəmizə, Vedimizə, İravanımıza, o gözəl diyarlarımıza qayıdacağıq. Elə görünməsin ki, biz qarşı tərəfə ərazi iddiası edirik, yox. Biz ilk növbədə dünya ictimaiyyətində bunu sübut etməliyik ki, bu, bizim öz əski, tarixi torpaqlarımızdır. Yəni dünya ictimaiyyətinin böyük bir hissəsi bilir, bilmiyənlərə də təkrar-təkrar bildirməliyik. Qaldı ki, oralarda yaşayan ermənilərə, biz onlara yaşayış hüquqlarını necə verəcəyimizi özümüz bilərik. Mən belə başa düşürəm ki, yaxın gələcəkdə Xankəndiyə necə gedəcəyiksə, o torpaqlarımıza da elə gedə biləcəyik.

 

- İnşallah. Bizim də gözlədiyimiz budur. Elə ölkə başçısı da çıxışında bunu dedi, dedi ki, biz tarixi Azərbaycan torpaqlarımıza, Zəngəzura, İrəvana qayıdacağıq. Amma tankla yox..

 

- Prezidentin o fikirlərinin altında siyasi mənalar var. Yəni demək istəyir ki, bura Azərbaycan torpaqlarıdır. Biz oranın sülh yoluyla qaytarılmasını istəyirik. Amma onlar istəmirlərsə, zaman gələcək biz ora tankla yox, dronlarla gedəcəyik.

 

- Mürvət bəy, informasiya əsrindəyik, belə bir zamanda bu yerlərin bizim torpaqlarımız olduğunu nə dərəcədə təbliğ edirik? Elə özümüz deyib, özümüz eşidirik, yoxsa bu məsələni nəhayət ki, beynəlxalq ictimayiyyətə qavrada bildik?

 

- İstənilən halda beynəlxalq ictimaiyyətin böyük bir qismi bilir ki, Qarabağ və kənar rayonlar Azərbaycan torpaqları idi, Azərbaycan öz haqq işini sona çatdırdı. Hansısa dövlətlərə də bu həqiqət sərf etmir deyə, başlayır çığır-bağıra, çünki özünün maraqları var axı. Belə düşünək ki, gör neçə illərdir biz təbliğat aparırıq. Amma məsələn, Fransa Ermənistandan dəstəyini əsirgəmir. Yəni onlar hələ düşünmür ki, bir gün ermənilər Marseli istiyəcək onlardan. İnşallah o gün olacaq və bunlar da bizim qonşuluqdan çıxıb gedəcək. Bəxtiyar Vahabzadənin ermənilərə ünvanladığı bir şeiri var, yeri düşmüşkən onu deyim:

 

Günahın nəydi ki, qanqal kimisən
Bütün yer üzünə səpələnmisən.

 

“Uşaqlığım kimi qocalığımı da Göyçə gölünün kənarında keçirmək arzumdur”

 

 

- Mürvət bəy, erməni məkiri ilə öz vətənindən, torpağından çıxmağa məcbur qalmış azərbaycanlı olaraq dünya ictimaiyyətinə səslənib nə deyərdiniz?

 

- Birinci növbədə insanlarımıza dözümlü, səbirli olmağı arzulayıram. İnşallah, Allah qismət eləsin ki, uşaqlığımı necə keçirmişəmsə, qocalığımı da o cür Göyçə gölünün kənarında keçirim. Buna inanıram və bu, yaxın gələcəkdə baş verəcək.

Dünya ictimaiyyətinə isə deyirəm ki, bura Azərbaycan torpaqlarıdır və bu torpaqlardakı dağıntılara, qırğınlara görə Ermənistandan hesab sorulmalı, Azərbaycan insanının haqqı özünə qaytarılmalıdır! /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?