“Qarabağda 9 May qeyd etməkdənsə, Ermənistanda faşizmi yaşadan siyasətə etiraz bildirsinlər”

14:49 21-04-2021 | icon 305 | Siyasət
“Qarabağda 9 May qeyd etməkdənsə, Ermənistanda faşizmi yaşadan siyasətə etiraz bildirsinlər”

Elman Nəsirov: “Onlar mülki şəxslər sayıla bilməz, artıq onlar terrorçudur, cinayətkardır”

 

Azərbaycanın dövlət müstəqilliyinə və Qarabağda qazandığı uğura kölgə salan Rusiya, sülhməramlılarının özbaşınalığını Qarabağda separatçı ermənilərlə birgə keçirmək istədiyi 9 may qələbə paradı ilə də nümayiş edirmək fikrindədir. Təbii ki, ayının erməni bəhanəsi ilə qurduğu min oyun bununla bitmir. Rusiya bu özbaşınalıqlara nə vaxt son qoyacaq və bu cür manevrlərlə nəyə nail olmağa çalışır? Azərbaycan Rusiya sülhməramlılarına nə vaxta qədər səbrli yanaşacaq?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Qarabağda öz missiyasını doğru-düzgün icra edə bilmir.

 

Millət vəkilinin sözlərinə görə, sülhməramlıların əsas missiyası Qarabağda sülhün təminatına xidmət göstərmək, erməni icması ilə yanaşı, Azərbaycan əhalisinin də Qarabağa yerləşdirilməsini təmin edib xalqlar arasında konfliktin qarşısını almaqdırsa da, onlar tam başqa missiyanı yerinə yetirirlər:

 

“Sülhməramlılar daha çox humanitar məsələlərlə məşğuldur ki, bu da 10 noyabr sənədində qeydə alınmayıb. Sülhməramlıların missiyaları ilə ziddiyyət təşkil edən bir çox məsələlər üzə çıxır. Erməni və rus media seqmentlərində yayılan məlumatlardan bəlli olur ki, erməni hərbçiləri istədikləri vaxt mülki geyimlərdə Qarabağ ərazisinə keçib, qayıdırlar. Onlar mülki şəxslər sayıla bilməz, artıq onlar terrorçudur, cinayətkardır. Ancaq sülhməramlılar belə hallarda da özlərini görməzliyə vururlar. İndi də faşizm üzərində qələbənin növbəti ildönümünü Qarabağ ərazisində qeyd etmək istəyirlər. Belə məsələlər Azərbaycan ictimaiyyətində haqlı narazılıq və çoxlu suallar yaradır”.

 

E.Nəsirov qeyd edib ki, bu gün faşizm üzərində qələbəni qeyd edən sülhməramlılar və onların rəhbərliyi ilk növbədə Ermənistanda faşizmin təbliği və onun genişləndirilməsinə münasibətini bildirməlidir:

 

“Rusiya sülhməramlıları Qarabağda faşizm üzərində Qələbənin ildönümünü qeyd etməkdənsə, gedib Ermənistanda faşizmi yaşadan Ermənistan siyasətinə qarşı etirazını bildirməlidir. Bu cür suallar açıq qalb və haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edir. Sülhməramlılar 10 noyabr bəyannaməsindən irəli gələn məsələ ilə bağlı addımlar atmalıdır”.

 

E.Nəsirli qeyd edib ki, ölkə Prezidenti bu istiqamətdə dəfələrlə özünün narazılığını bildirib. Millət vəkili Prezidentin Hacıqabul şəhərinə səfəri çərçivəsində etdiyi çıxışa diqqət çəkərək, orada indiyə qədər geniş ictimaiyyət üçün bəlli olmayan məlumatların səsləndirilməsini təsadüfi saymayıb.

 

Onun sözlərinə görə, ölkə rəhbərliyi bütün bu məsələləri Rusiyanın ali siyasi, hərbi rəhbərliyinə çatdırır və bütün məsələlərlə bağlı qanunamüvafiq addımlar atılmasını gündəmə gətirməklə, Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoyur:

 

“Xüsusilə “İsgəndər m” raketi ilə bağlı Rusiyanın ali siyasi rəhbərliyi və bir sıra qurumlarla danışıqlar aparılır. Prezident bu məsələ ilə bağlı hələ də cavab alınmadığını bildirdi. Ermənistan tərəfinə çox ciddi mesajlar göndərdi. Eləcə də dünən Prezidentin Zəngəzur dəhlizi ilə bağlı çox qətiyyətli mövqeyini eşitdik. İndi Ermənistanda Azərbaycanın güc yolu ilə Zəngəzuru geri qaytaracağı barədə narahatlıq başlayıb. Lakin Azərbaycan Prezidenti söylədi ki, biz hər bir məsələnin dinc, danışıqlar, əməkdaşlıq yolu ilə həllini istəyirik. Ancaq buna məhəl qoyulmayacağı təqdirdə, Dəmir Yumruq yerindədir və düşməni, qarşı tərəfi buna məcbur etməyə hazırdır. Müharibədən əvvəl də biz erməni işğalçılarının torpaqlarımızdan çıxmasını istəmişdik. Bu çağırışlara əməl etmədilər və nəticəsini gördülər. Ermənistan bundan nəticə çıxartmalıdır”.

 

E.Nəsirov ölkəmizə qarşı aparılan təxribatlarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin ciddi məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox detallar açıqlanmır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?