Bu partiya rəhbərləri “mənəvi terrora” məruz qalıblar

11:44 22-04-2021 | icon 255 | Siyasət
Bu partiya rəhbərləri “mənəvi terrora” məruz qalıblar

Fuad Əliyev: "Müxalifət daxilində gərginliyi müxalifəti parçalayan bu “juliklər” yaradıb"

 

Prezident Administrasiyasının təşkilatçılığı ilə Novruz bayramından öncə siyasi partiya rəhbərlərinin işğaldan azad edilən Ağdama səfəri müxalifət düşərgəsində növbəti qalmaqala səbəb olub. Tarixi ərazilərimizə səfər edən partiya rəhbərləri “mənəvi terrora” məruz qalıblar.

 

Versus.Az xəbər verir ki, Milli Şura funksionerləri səviyyəsində Ağdama səfər edənlər ən sərt formada tənqidlərə məruz qalır, hətta bəzi hallarda təhqir də olunurlar.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, əslində ölkəmizdə əhalinin böyük əksəriyyəti bu “milli juliklərin” mövcudluğunu unudub:

 

"Müxalifət daxilində gərginliyi müxalifəti parçalayan bu “juliklər” yaradıb. Danışmağa bir mövzu tapmırlar. İndi bizim hesabımıza gündəmdə qalmaq istəyirlər. İqtidar qalıb kənarda, bizim fəaliyyətimizi müzakirə edirlər, öz aləmlərində gözdən salırlar. Bizim Qarabağa səfərimiz sizə niyə belə toxunur? ALDP olaraq hakimiyyətlə açıq şəkildə mübarizə aparır və açıq şəkildə dialoqda iştirak edirik. Sizin kimi, illər boyu gündüz hakimiyyəti tənqid edib, axşam isə onlarla görüşməmişik. Siz və sizin liderləriniz gecədən səhərə gədər məmurların qapılarında dururduz. Sizlər illər boyu xalqı aldadıb, xalqa ümid verib, hakimiyyətlə iş birliyinə getmisiniz, deputat olmusunuz, şəxsi maraqlarınızı təmin etmisiniz. Milli Şuranı yaradıb, özünüzə lider seçdiyiniz İbrahimbəyovun ”ayın əvvəli gəlirəm", “ayın sonu gəlirəm” dediyi yalan sözlər hamımızın yadındadır. Sizlər xalqın son ümidini bununla da qırdınız. Amma xalqımız hər şeyi görür. Xalq lazımi qiyməti verəcək, orada iştirak edənlərə də, etməyənlərə də. Bizim işimiz isə sizinlə deyi. Biz hakimiyyətlə mübarizə aparırıq. Və bu mübarizəni xalqın rifahına görə aparırıq, sizin kimi şəxsi maraqlara görə yox".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI