“Qarabağda 9 may paradının keçirilməsi qəbulolunmazdır”

12:08 22-04-2021 | icon 364 | Siyasət
“Qarabağda 9 may paradının keçirilməsi qəbulolunmazdır”

Ramiyə Məmmədova: “Bununla da Rusiya Qarabağı tamamən öz əlinə keçirmək niyyətindədir”

 

 

"Əvvəldən Rusiya sülhməramlılarının Azərbaycana gəlişi heç də xoş niyyətli deyildi. Rusiya sühməramlılarının Qarabağdakı mövcudluğu əslində ermənilərin müdafiəsinə yönəlib".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq vurğulayıb ki, Rusiya Qarabağda yaşayan ermənilər üçün evlər tikir, silahlı separatçılarla hərbi təlimlər keçirib, hətta ermənilər üçün rus dilinu “dövlət dili” elan elədi:

 

"Azərbaycan daxilində rus dilinin “dövlət dili” kimi ermənilərə qəbul etdirmənə qədər cəfəng görünsə də, nəyə nail olmağa çalşdıqları da birmənalı deyil. Ən qorxulu məqam isə Azərbaycan dövlət sərhəddi Laçın dəhlizi adı ilə rusların nəzarəti altında açıq saxlanır. Və ermənilər məğub edildikləri Azərbaycan torpaqlarına istədikləri kimi gəlib gedirlər. Bu proses məhz Rusiyanın sülhməramlı adı ilə bölgədə yerləşdirdiyi sülhməramlıların gözü qarşısında həyata keçirilir. Rusiyanın ölüm  saçan “İsgəndər -m” və digər qadağan olunmuş raketlərinin hansı niyyətlə Ermənistana verilməsi məsələsi ilə bağlı sorğularımız da hələ ki, cavabsız qalıb".

 

Rusiyanın Ermənistanın qarantı olduğunu qeyd edən R.Məmmədova bildirdi ki, bu, belə də olmalı idi. Çünki Ermənistan Rusiyanın forpostudur:

 

"Rusiya sülhməramlıları ilk gündən Qarabağda ermənilərin həyatlarını yaxşılaşdırmaqla məşğuldurlar. İş o yerə çatıb ki, artıq 9 may paradı ilə Rusiya Qarabağı tamamən öz əlinə keçirmək niyyətindədir. Rusiyann son addımları hamsı öz müstəmkələrini genişləndirməyə yönəlib. Qarabağda 9 may paradının keçirilməsi qəbulolunmazdır. Bizim dövlət buna qarşı böyük etiraz bildirməli, buna imkan verilməli deyil. Parad keçirmək istəyirlərsə, gedib Moskvada qızıl meydanda keçirsinlər. Niyə Qarabağda keçirirlər ki? Bütün dünyaya nümayiş etdirmək istəyirlər ki, Kırım kimi Qarabağ da Rusiyanın əlinin altındadır. Göstərmək istəyirlər ki, Qarabağı işğal ediblər, heç bir zaman çıxmayacaqlar. Hətta bir alayla olsa belə 9 may paradı keçirilə bilməz. Azərbaycan dövləti buna icazə verməməlidir. Rusiya sülhməramlı adı ilə ordusunu Qarabağa toplayır. Belə gedərsə, 9 may paradından sonra Azərbaycan çox böyük problemlərlə üzləşə bilər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Uşağın səsi görənləri heyrətləndirdi

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI