"Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar"

13:27 23-04-2021 | icon 120 | Siyasət
"Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar"

Sabir Rüstəmxanlı: “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır”

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı insan alveri məsələsinə toxunub.

 

Versus.az xəbər verir ki, deputatın sözlərinə görə, dünya 1000 illər boyu müxtəlif quruluşlardan keçsə də, hələ də quldarlıq psixologiyası davam edir:

 

“İnsan alverinin qarşısını almaq üçün görüləcək birinci iş onun səbəblərini aradan qaldırmaqdır. Burada ən önəmlisi Azərbaycanın daxilində yaşayan insanlardan başqa xaricə gedən azərbaycanlıların taleyidir. Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar. Miqrantlar xaricə gedir, o ölkələrin vətəndaşları olmadan orada yaşayır. Bunlar çox vaxt sənəd almaq, orada mövcud hüquqi imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də ASAN Xidmət səyyar xarici ölkələrdə də fəaliyyət göstərməlidir. Bu vətəndaşlarımızın sənədsiz fəaliyyətinin qarşısını ala bilər. Xarici ölkələrdə səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?