“Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır”

14:24 23-04-2021 | icon 124 | Cəmiyyət
“Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır”

Fəzail İbrahimli: "Bu sahədə dövlətin, aidiyyəti qurumların hüquq və vəzifələri müəyyənləşəcək"

 

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli bildirib ki, dini sahədə normativ hüquqi aktların zəruriliyi “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliyi labüd edir. Deputat bu qanunun 90-cı illərdə qəbul edildiyini xatırladıb.

 

Versus.az xəbər verir ki, deputat bu sahədə dövlətin, aidiyyəti qurumların hüquq və vəzifələrinin dəqiq şəkildə müəyyənləşəcəyini deyib:

 

 “Əsrlər boyu Azərbaycanda dini tolerantlıq mühiti mövcud olub. Bu qanunla bu mühit daha da yaxşılaşacaq. Azərbaycanda elə insan var ki, dini dəyərlərimizin qorunmasının əleyhinə çıxsın? Bu qanunda kifayət qədər dəyişikliklər var. Biz bu məsələni iki komitədə müzakirə etmişik. Ciddi və ətraflı müzakirə təşkil edilib. Dini qurumların da nümayəndələri bu müzakirədə iştirak ediblər. Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin və Qafqaz Müsəlmanları idarəsinin nümayəndələri bu gün də iclasda iştirak edir”.

 

Onun sözlərinə görə, ayrı-ayrı dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır:

“Bu qanunun qəbul olunması ilə bu kimi halların qarşısı alınacaq. Kütləvi dini ayin, ibadətlər yalnız məscidlərdə və ibadət yerlərində keçiriləcək. Digər yerlərdə isə yalnız icazə ilə bunu edə biləcəklər. Müqəddəs hesab edilən yerlərdə dindarların iştirakı yalnız müvafiq icra hakimiyyəti qurumu tərəfindən təşkil ediləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək