"Araikin səfəri növbəti təxribatlardan biridir"

09:39 24-04-2021 | icon 219 | Siyasət
"Araikin səfəri növbəti təxribatlardan biridir"

Fuad Əliyev: "Araikin Qarabağın dağlıq hissəsində "fəaliyyətinə" son qoymalıyıq"

 

"Araik Arutyunyanın Moskvaya qəfil səfəri qeyri-rəsmidir. Kreml rəsmiləri onunla görüşən deyillər. Burada ola bilər ki, Rusiya xüsusi xidmət orqanları onunla görüşsünlər və müəyyən təlimatlar versinlər. Bu versiyanın üstündə dursaq, onda bu səfər gizli olardı".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, Araikin Moskvada ev alması ilə bağlı xəbərlər Ermənistan mətbuatında getdiyi üçün bu məlumatları dəqiqləşdirmək lazımdı ki, o, şəxsi işləri ilə əlaqədər gedib Moskvaya, yoxsa dəvət alıb:

 

"Yanvar ayından başlayaraq Rusiya sülhməramlıların missiyasından kənar fəaliyyəti, “İsgəndər-M” raketin qalıqlarının Şuşada tapılması, sülhməramlıların 9 may paradına hazırlaşması, rəsmi Bakının rəsmi Moskva ilə soyuq münasibətlərə gətirib çıxardıb. İndi Ermənistan hakimiyyəti, separatçılar və Rusiyada ermənipərəst qüvvələr Azərbaycanla Rusiyanı üz-üzə qoymaq, problemli münasibətlərin daha da dərinləşməsinə çalışırlar. Bu baxımdan Araikin səfəri növbəti təxribatlardan biridir. Bu qeyri-səmimiliyi aradan qaldırmaq üçün hər şey Rusiyadan, daha dəqiq desəm, Putindən asılıdır. Biz isə Araikin Qarabağın dağlıq hissəsində "fəaliyyətinə" son qoymalıyıq".

 

F.Əliyev qeydedib ki, indiki vəziyyətdə ilk növbədə bir cəmiyyət olaraq, 44 gün ərzində ordumuzu dəstəkləmişik, indi də bu informasiya, diplomatiya müharibəsində birlikdə mübarizə aparmalıyıq:

 

"Bu məsələdə iqtidar-müxalifət bölgüsü olmamalıdır. Biz bu təxribatlara cavab verməliyik və paralel olaraq qabaqlayıcı addımlar atmalıyıq. Rusiya sülhməramlıların missiyasından kənar fəaliyyətinə öz etirazımızı bildirməliyik. Planlaşdırdıqları 9 may hərbi paradın keçirilməməsinə imkan verməməliyik. Biz bir cəmiyyət olaraq Rusiyaya deməliyik ki, bu qeyri-qanuni sülhməramlı missiyasına son qoyulmasa, onda onların vaxtından əvvəl çıxarılması məsələsini qaldıra bilərik. Bunu hamımız açıq şəkildə bildirməliyik".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"