Razi Nurullayev hökumətdən tələb etdi ki...

10:41 24-04-2021 | icon 185 | Siyasət
Razi Nurullayev hökumətdən tələb etdi ki...

"Azərbaycanın 10 noyabr razılaşmasına əsaslı dəyişikliklər etmək barədə mövqeyini Rusiyaya bildirin"

 

"Qondarma rejimin qondarma quldurbaşı, hərbi cinayətkar, vətən xaini Araik Arutyunyanın Moskvaya səfərə getdiyi bildirilir. Əgər bu həqiqətdirsə, Azərbaycan 10 noyabr razılaşmasından birtərəfli qaydada çıxmağı və separatçı rejimin cinayətkar quldurbaşılarını cəzalandırmaq, Laçın dəhlizini bağlamaq hüququnu özündə saxlayır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədri, deputat Razi Nurullayev bildirib.
 
 
MCP sədri vurğulayıb ki, ümumiyyətlə, Rusiyanın davranışları çox narahatedicidir İmkan versin ki, öz ərazimizdə özümüz qərar verək:
 
 
"Qondarma rejim hər dəfə "vətən, vətən" deyəndə başımdan tüstü çıxır. Laçın dəhlizini bağlayıb, cinayətkarların boğazını quş boğazı kimi üzək. Bəsdirin, yığdınız bizi boğaza.
 
Rusiya desin görək Araikin Moskvada nə işi var? Axı niyə Laçın yolunu su yoluna döndərib? Rus sülhməramlıları kimdən xoşları gəlirsə, onları buraxırlar. O hansı pasportla gedib ora, kimlərlə görüşür?"
 
 
R.Nurullayev bildirib ki, mütləq Laçın dəhlizinin statusunu dəyişdirməliyik. Mən partiya sədri olaraq hökumətdən 10 noyabr razılaşmasına əsaslı dəyişikliklər etmək barədə mövqeyini Rusiya tərəfinə bildirməyi tələb edirəm. Rusiya öhdəliklərini yerinə yetirməsə, o zaman biz indidən onun vasitəçiliyindən imtina etməliyik.
 
Sual verirəm? Ermənistan qoşunlarının Azərbaycanın Qarabağ bölgəsində nə ölümü var? Onlar niyə çıxarılmır? O silahlılar, separatçılar bizim torpağımızda niyə atəşkəs xətti yaradıb, niyə səngər qazır? 10 noyabr razılaşmasına görə axı onlar rədd olub getməli idilər".
 
 
Partiya sədrinin fikrincə, ermənilər məhz Rusiyadan güc aldıqları üçün Azərbaycanın yurisdiksiyasına qayıtmır, özlərini ayrıca dövlət kimi aparır:
 
 
"Bunlar kimdir ki, Qarabağda rus dilini rəsmi dil elan etsinlər və Rusiya da səsini çıxarmasın? Rusiya icazə verməz ki, ərazisində ikinci bir dövlət yaransın. Biz də icazə vermərik.
 
Azərbaycan Araiki həbs etmək üçün mütləq əməliyyat keçirməlidir və Laçın dəhlizi də bizim nəzarətimizdə olmalıdır. Başqa yol görmürəm".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?