“Rusiya 10 Noyabr sazişini tamamilə pozur”

17:53 24-04-2021 | icon 394 | Siyasət
“Rusiya 10 Noyabr sazişini tamamilə pozur”

Könül İsmayılova: “Arayikin də, onu himayə edən sülhməramlıların da özbaşınalığına son qoymalıyıq”

 

“Demək olar ki, artıq dünya dövlətlərinin qanunları işləmir. Əgər işləsəydi, İNTERPOL səviyyəsində axtarışda olan Arayik Harutyunyan çoxdan həbs edilərdi. Harutyunyan Rusiyanın Azərbaycanda məkirli siyasətinin oyunçularından biridir. Onun ixtiyarı yoxdur ki, axtarışda olduğu bir vaxtda xaricə səfər etsin”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

Sədr müavini qeyd edib ki, Arayik bizim oradakı xüsusi təyinatlı dəstələrimiz, polis və milli təhlükəsizlik orqanlarımız tərəfindən tutularaq təcili Bakıya gətirilib həbs edilməlidir:

 

“Rusiya görməlidir ki, Arayik Harutyunyan kimilərinin vasitəsilə Azərbaycan torpaqlarında işğalçı siyasətini heç vaxt həyata keçirə bilməyəcək. Harutyunyanlara da dəstək verənlər Azərbaycan dövlətinə, xalqına xəyanət edən qüvvələrdir. Bu qüvvələrin sayəsində Azərbaycan hüquq mühafizə orqanları Harutyunyanı tuta bilmir. Onu da deyim ki, indiyədək Harutyunyanı həbs edə biməməyimiz bir növ bizim zəifliyimiz kimi görünür. Bu cür zəiflik bizim xalqa xas deyil. Ona görə də qətiyyətimizi ortaya qoyub elə Harutyunyanın da, onu himayə edən sülhməramlıların da özbaşınalıqlarına son qoymalıyıq”.

 

Könül İsmayılova vurğulayıb ki, Xankəndi Azərbaycanındır və MMP-nin sədri Hafiz Hacıyev ora mer təyin edilərsə, o ərazilərimizdə hansısa arayik harutyunyanlar, rüstəm muradovlar özbaşınalıq edə bilməyəcək:

 

“Hafiz müəllim özü Xankəndiyə mer seçilməklə bağlı dəfələrlə təklif təqdim etsə də, hələlik müsbət cavab yoxdur. Görünür hakimiyyətdə bu məsələləri qulaqardına vuranlar var. Düşünürəm ki, bizim partiyanın sədri Xankəndinin meri olsaydı, bu gün arayiklər orada qala bilməzdi. Bu da görünür Azərbaycan hakimiyyətinin daxilində kimləri isə qane etmir”.

 

Könül xanım bildirib ki, Harutyunyanın Moskvaya səfəri qanunsuzdur. Nəyə görə Arayik Harutyunyan həbs edilmir, niyə Azərbaycana təhvil verilmir? Bu məsələ müəmmalıdır:

 

“Nə qədər ki, harutyunyanlar, muradyanlar Xankəndidə qalacaq, Azərbaycana daxildən böyük təzyiqlər göstəriləcək. Bu təzyiqlərin başında Azərbaycan hakimiyyətinin daxilindəki bəzi şəxslərin Rusiyanın hərbi strukturlarıyla dost olanlar və sülhməramlılara səhər-səhər ikra göndərənlər durur. Amma MMP olaraq heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan dövlətçiliyi təhlükə altında qalsın. MMP sədri həmişə ölkə Prezidentinə sadiq olub. Partiyamız hər zaman Prezidentin Dağlıq Qarabağla bağlı atacağı bütün addımların yanındadır. Ali Baş Komandanımız güclüdür. Onun ətrafı təkcə Mirələmovlardan, Azərbaycanın milyardlarını xaricə ötürən digərlərindən ibarət deyil. Prezidentin siyasi kursunu dəstəkləyən bizim kimi, Hafiz Hacıyev kimi sağlam qüvvələr var. Bu qüvvə də həmişə ölkə Prezidentini, onun xarici siyasətini dəstəkləyib və dəstəkləyəcəkdir”.

 

Bu yöndə ciddi işlərin görüldüyünü deyən xanım siyasətçi bildirib ki, artıq MMP bəyanat da hazırlayıb:

 

“Partiyanın bəyanatını Milli Məclisə və digər dövlət strukturlarına göndərəcəyik. Bir daha bəyan edirik ki, Arayik Harutyunyanın Moskva səfəri qanunsuz səfərdir, onun Laçın dəhlizindən istədiyi vaxt istifadə etməsinə, gedib-gəlişinə imkan verilməməlidir”.

 

K.İsmayılova bildirdi ki, Rusiya 10 Noyabr sazişini tamamilə pozur:

 

“Buna görə də Muradov öz dəstəsiylə Azərbaycan ərazilərindən təcili çıxarılmalıdır. Çünki Rusiya artıq dövlət içində dövlət yaradır və Arayik Harutyunyanı da öz məqsədləri üçün yetişdirir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?