“Rusiya sülhməramlıları erməni təxribatının qarşısını ala bilmir”

18:00 24-04-2021 | icon 106 | Siyasət
“Rusiya sülhməramlıları erməni təxribatının qarşısını ala bilmir”

"Bundan sonrakı dövrdə də onların bu cür davranışlarının sayı çox olacaq"

 

“Qarabağda daha uğurlu təhlükəsizlik modeli qurmaq üçün türk qoşunlarının daha aktiv olmasına, Rusiya qoşunlarının isə regionda müəyyən siyasi marağı olmayan ölkələrin təmsilçi qoşunları ilə əvəz olunmasına ehtiyac var”.

 

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında politoloq Əhməd Əlili deyib. O bildirib ki, Rusiya qoşunları sərhəddə erməni təxribatının qarşını ala bilmir:

 

“Erməni əsgərlərin bir neçə gün öncə sərhəddə törətdikləri təxribata Ermənistan cəmiyyətinin real təsviri kimi baxmalıyıq. Onlar depressiyaya düşmüş, içkiyə aludə olmuş insan obrazına bənzəyir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də onların bu cür davranışlarının sayı çox olacaq.

 

Biz nəzərə almalıyıq ki, regionda bunun qarşısını alan tərəf Rusiyadır. Onlar əgər Şuşaya “İsgəndər-M” raketlərinin atılmasının qarşısını ala bilməyiblərsə, demək ki, belə halların da qarşısını ala bilmirlər. Hesab edirəm ki, bu, Moskva-Bakı arasında əlavə müzakirə üçün məsələ yaradır”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Avropa İttifaqı operativ silahlı qüvvələr yaradır

Ukrayna üçün NATO-nun qapıları açılır

5 avtomobil körpünün üstündə toqquşub

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Kütləvi etiraz və tətillər başladı

Qlobal fəlakət barədə XƏBƏRDARLIQ