"İƏT və Türk Dövlətləri Şurası Türkiyəyə dəstək bəyanatı verməlidir”

12:28 26-04-2021 | icon 129 | Siyasət
"İƏT və Türk Dövlətləri Şurası Türkiyəyə dəstək bəyanatı verməlidir”

Nizami Verdiyev: "Baydenin bəyanatının əsasında xristian həmrəyliyi nümayiş olunur"

 

"Aprelin 24-də, dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"nü qeyd etdiyi gün Co Bayden müraciətində "erməni soyqırımı" ifadəsini işlətdi. Bu açıqlama Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

Onun sözlərinə görə, Türkiyənin güclənməsini istəməyən ölkələr indi də ona təzyiq edir:

 

“Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün isə istər İraqda, istərsə də Suriyada siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də, Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən, Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır”.

 

Baydenin bu bəyanatının populizm olduğunu geyd edən Nizami Verdiyev hesab edir ki, bu bəyanatın əsasında xristian həmrəyliyi nümayiş olunur:

 

“Ona görə də biz milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq. İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Şurası təcili olaraq toplanmalı və qondarma “erməni soyqırımı”nı pisləyərək Türkiyəyə dəstək bəyanatı verməlidir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb