Qondarma "erməni soyqırımı" siyasəti üzərindən təziq cəhdləri

12:37 26-04-2021 | icon 101 | Siyasət
Qondarma "erməni soyqırımı" siyasəti üzərindən təziq cəhdləri

Naqif Həmzəyev: "Xocalı faciəsi ermənilərin qatil simalarını bir daha açıb ortaya qoyur"

 

"ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciətdə “soyqırım” ifadəsi işlətməsi tarixi səhv və yanlış addımdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
 
 
Hazırda ermənistanda hökm sürən siyasi xaos fonunda, 24 aprel fürsətindən istifadə etmək istəyən qüvvələrin olduğunu bildirən Naqif Həmzəyev, bu qüvvələrin müəyyən manipulasiyalardan istifadə etməklə Türkiyə və Azərbaycana təzyiq etmək niyyətində olduqlarını qeyd edib.
 
 
Millət vəkili əlavə edib ki, istənilən halda unutmamalıyıq ki, qondarma erməni soyqırımının heç bir tarixi əsası yoxdur. Və bu sözün əsl mənasında qondarma bir soyqırımdır:
 
 
"Əgər tarixə nəzər salsaq görərik ki, əslində ermənilərin var olması və ermənilərin bir millət kimi formalaşmasında birbaşa olaraq Osmanlı dövlətinin çox böyük rolu olub. Ancaq təsüfflər olsun ki, ermənilər Osmanlı dövlətinə qarşı da xainlik edərək və yaratdıqları erməni terror təşkilatının vasitəsi ilə osmanlının parçalanması, dağılması üçün digər xarici qüvvələrlə əməkdaşlığa girərək orada terror fəaliyyətləlri həyata keçirtdilər. Bu baxımdan da 1915-ci ildə baş verən hadisələrdə, ermənilərə qarşı heç bir soyqırım siyasəti həyata keçirilməmiş, əksinə Osmanlı dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün, erməni terror təşkilatının tabeçiliyində fəaliyyət, erməni terror təşkilatları ilə əməkdaşlıq edən həmin erməniləri yaşadıqları ərazisindən Osmanlının başqa bir ərazisinə köçürülməsini təmin etmişdir.

Burada, həmçinin Osmanlı dövləti məhz həmin ermənilərin təhlükəsizliyini təmin etmək niyyətini də  ortaya qoymuşdur. Bu baxımdan yalançı, qondarma erməni soyqırımının heç bir tarixi əsasları yoxdur. Əksinə biz 20-ci əsrin sonlarında törədilən Xocalı faciəsini misal göstərə bilərik ki, ermənilərin əsl iç üzlərini, qatil simalarını açıb ortaya qoymaqda, bu fakt bizə kömək edir.

Bu isə onu göstərir ki, ermənilər terrordan qaynaqlanan, terrordan qidalanan və terror təşkilatları əsasında qurulub yaradılan bir dövlətdir. Unutmamalıyıq ki, məhz bu dövlətdə Azərbaycanın əzəli tarixi torpaqlarında yaradılıb. Bu baxımdan düşünürəm ki, ermənipərəst qüvvələr və erməniləri dəstəkləyən beynəlxalq təşkilatlar bu fürsəti düzgün dəyərləndirmək, Türkiyəni, Azərbaycana qarşı təzyiq kimi cəhdlərini ortaya qoysalarda onlar heç nə əldə etməyəcəklər. Çünki həqiqət və reallıq, gerçəklik ortadaır".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"