Azərbaycanın ABŞ-la siyasətində qaçılmaz DƏYİŞİKLİKLƏR

19:15 26-04-2021 | icon 95 | Siyasət
Azərbaycanın ABŞ-la siyasətində qaçılmaz DƏYİŞİKLİKLƏR

Elman Nəsirov: “Baydenin ədalətsiz qərarı Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək”

 

Məlum olduğu kimi, ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında "erməni soyqırımı" ifadəsini işlətməsi Ankara ilə Vaşinqton arasında dərin uçurum yaratdı. Qardaş ölkə Baydenin bu uğursuz, riyakar siyasi gedişinə sərt etiraz etdi. Rəsmi Ankara müttəfiqinin ona qarşı atdığı addımı tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdi kimi qiymətləndirdi.

 

Siyasi ekspertlər ABŞ tarixində ilk dəfə olaraq ölkə prezidentinin sübuta yetirilməmiş saxta soyqırımı dilə gətirməsini regionda Amerikanın milli maraqlarına ciddi zərbə kimi qiymətləndirirlər. Belə bir qərəzli yanaşma nə ABŞ-a, nə də ermənipərəst Bayden administrasiyasına yaxşı heç nə vəd etmir. Bununla belə, ABŞ saxta iddianı tanımaqla, faktiki olaraq, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlamasına da dəstək verdiyini nümayiş etdirmiş oldu. Əks təqdirdə, 44 günlük müharibə nəticəsində güclü zərbə alan işğalçını ayağa qaldırmaq üçün cəhd göstərməzdi. Hansı ki, erməni terrorundan ən çox əziyyət çəkən Türkiyə və Azərbaycandır. ABŞ-ın bu ədalətsizliyinin qarşılığında Azərbaycan və Türkiyə növbəti dəfə bir yerdə olduqlarını nümayiş etdirdilər. Prezidentlərimiz, xarici işlər nazirləri, parlament sədrləri, ictimai-siyasi təşkilatlar, sadə vətəndaşlar hamılıqla birlik nümayiş etdirdilər. Bütün bu deyilənlərin fonunda, Baydenin qondarma genosidi tanımasından sonra Azərbaycanın ABŞ və Fransa ilə münasibətlərində hansı dəyişikliklərə ehtiyac yaranıb?

 

“Bu, müxtəlif formalarda, əsasən də siyasi münasibətlərdə özünü göstərə bilər”

 

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, Baydenin ədalətsiz qərarı Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək: “Baydenin bu qərarı, ilk növbədə, fövqəl dövlətin strateji maraqlarına daban-dabana ziddir. Bu, ABŞ-ın dar maraqlarına xidmət etməkdən başqa bir şey deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, Bayden tərəfindən həyata keçirilmiş tarixi səhvdir. Ona görə də heç bir halda qəbul edilə bilməz. Eyni zamanda, bu, regionda formalaşmış sülh və təhlükəsizlik mühitinə zərbədir. Belə bir addımın atılması, əslində, iki müttəfiq, iki NATO dövləti arasında qırmızı xəttin keçilməsi anlamındadır. Belə bir addımın atılması nəticə etibarilə Türkiyənin xarici siyasət oriyentasiyasında dəyişiklikləri labüd edə bilər. Bu, nəticə etibarilə, Türkiyə-Rusiya, Türkiyə-Çin yaxınlaşmasını daha da intensivləşdirə bilər. Bu da Birləşmiş Ştatların strateji maraqlarının əksinə yönəlib. Fransa əksər halda ermənilərin maraqlarından çıxış edib. Bu məlum həqiqətdir. Ancaq ABŞ-ın indiki məqamda belə mövqe sərgiləməsinin heç bir əsası yoxdur. Azərbaycan və onun ali siyasi rəhbərliyi Türkiyənin yanındadır. Prezident İlham Əliyev həmkarı cənab Rəcəb Tayyib Ərdoğana zəng vurdu. Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha bəyan etdi. Baydenin bu davranışını tarixi səhv kimi qiymətləndirdi. Milli Məclisin sədri xanım Sahibə Qafarova türkiyəli həmkarı Mustafa Şəntopla telefon əlaqəsi yaratdı. Həmçinin, Xarici İşlər Nazirliyi dəstək bəyanatı ilə çıxış etdi. Eyni zamanda, Azərbaycandakı siyasi partiyalar birgə bəyanatla çıxış etdilər. Təbii ki, belə bir hadisənin baş verməsi Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcək. Bu, müxtəlif formalarda, əsasən də siyasi münasibətlərdə özünü göstərə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi baxımdan strateji məntəqədə yerləşir. Bu məntəqədə Birləşmiş Ştatların maraqları ziddinə olan dövlətlərin olduğu Vaşinqtonda çox gözəl anlaşılır. Belə olan vəziyyətdə, təbii ki, ABŞ-ın Türkiyə ilə münasibətlərinin korlanması bu ölkənin strateji tərəfdaşı olan Azərbaycanla da əlaqələrin keyfiyyətinə təsirsiz qalmayacaq. Azərbaycan bütün məsələlərdə Türkiyənin yanında olduğunu bildirib”.

 

Millət vəkili hesab edir ki, ABŞ bütün bu reallıqlardan nəticə çıxarmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?