"Amerikanın gerçək maraqlarına ziyan vurdular"

21:08 26-04-2021 | icon 95 | Siyasət
"Amerikanın gerçək maraqlarına ziyan vurdular"

Əliməmməd Nuriyev: "Separatçılığı dəstəkləyir, Xocalı soyqrımını törədən erməni idelogiyasına haqq qazandırırlar"

 

"Unudulmaz “dəmir ledi” Marqaret Tetçer ABŞ haqqında deyirdi ki, Avropanı tarix, Amerikanı isə fəlsəfə yaradıb. Çox təəssüf ki, bu dəfə Vaşinqtonda filosof müdrikliyi çatmadı".

 

Versus.Az xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

 

Ə.Nuriyev qeyd edib ki, Bayden özü və administrasiyası bu mifi, tarixi yalanı “soyqrım” adlandırmaqla Amerikanın gerçək maraqlarına ziyan vurdular:

 

"Bütün dünyada saxta tarix tüccarı kimi tanınan ermənilərin artıq lətifələr mövzusu olan yalanlarına dar siyasi maraqlara görə həqiqət donu geydirmək ABŞ-ın özünün bəyan etdiyi təməl prinsiplərə ziddir. Bu qərarla Bayden adminstrasiyası separatçılığı dəstəkləyir, Xocalı soyqrımını planlaşdıran, törədən erməni idelogiyasına sanki haqq qazandırmış olur. Bu cür qərəzli qərar həmçinin ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərinin bəyan olunan məqsədlərinə ziddir, regionumuzda sabitliyin bərqərar olunması səylərinə ziyan vurur. Ən vacibi özlərinin uydurub, özlərinin inandığı yalanlar, miflərlə sağlam düşünən insanları zəhərləyən, bölgəmizdə nifaq salan, etnik təmizləmə təlimi yaradan erməni millətçi-terrorçu dairələrini yeni cinayətlərə həvəsləndirmək potensialı var".

 

Ə.Nuriyev vurğulayıb ki, ABŞ-da tez-tez təkrarlamağı sevirlər ki, Amerika ona görə güclüdür ki, öz səhvlərini etiraf etməyi və nəticə çıxarmağı bacarır:

 

"İrqi seqreqasiya, Vyetnam müharibəsi, Cənubi Amerika ölkələrində baş verənlər, Quantanamo və sair ilə bağlı bu cür etiraflar olub. Ümid edirik ki, tezliklə prezident Baydenin bu yanlış qərarı ilə bağlı da etiraflar olacaq və müvafiq addımlar atılacaq. Amerikalılar qədər yaxşı bilən yoxdur ki, ziyanın yarasından qayıtmaq da qazancdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb