"Cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib"

06:50 27-04-2021 | icon 119 | Qarabağ
"Cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib"

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verib.

 

Versus.Az xəbər verir ki, diplomat müsahibəsində bir çox məsələlərlə yanaşı, qondarma "erməni soyqırımı" və onun ABŞ tərəfindən tanınması məsələsinə də münasibət bildirib.

 

Hadisənin hüquqi nəticələri barədə sualı cavablandırarkən səfir qeyd edib ki, Soyqırımı Cinayətinin Qarşısının alınması və bu cinayətə görə cəza haqqında Konvensiya yalnız 1951-ci ildə qüvvəyə minib və onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir.

 

“Hüquqi nəticələrə gəldikdə, sözügedən hadisə 1915-ci ildə baş verib. Soyqırımı haqqında konvensiya isə 1951-ci ildə qəbul edilib və hüquqi baxımdan geriyə qüvvəyə malik deyil”, - deyə səfir bəyan edib.

 

Həmçinin L.Treysi Türkiyənin NATO daxilində ABŞ-ın əhəmiyyətli müttəfiqi olduğunu da vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb