"Onlar hakimiyyətdaxili çəkişmələrdə hərəkətə keçirlər”

08:44 27-04-2021 | icon 286 | Siyasət
"Onlar hakimiyyətdaxili çəkişmələrdə hərəkətə keçirlər”

Fuad Əliyev: "Deməli, bu faktlarla bağlı hüquq mühafizə orqanlarında məlumatlar var"

 

Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, icra başçısı Alimpaşa Məmmədov, başçının birinci müavini, hazırkı təhsil şöbəsinin müdiri Qüdrət Əliyev və digər vəzifəli şəxslər saxlanılıb. Bundan başqa “Yeni klinika” tibb müəssisəsinin direktorunun və FHN Modul tipli xəstəxananın baş həkiminin qanunsuz əməllərinə görə həbs olduqları bildirilib.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu həbslərin gözlənilməz olmadığını deyib.

 

Partiya sədrinin sözlərinə görə, bu faktlar təkcə həbs olunanlara aid deyil:

 

"Vətəndaşlar demək olar ki, bütün dövlət strukturlarda korrupsiya və rüşvət, məmur özbaşınalığı ilə rastlaşırlar. Biz məmur özbaşınalığı ilə bağlı illər boyu deyirik. İndi hakimiyyət daxilində nəsə baş verəndə, məmurları həbs edirlər. Deməli, bu korrupsiya faktları, məmur özbaşınalığı ilə bağlı hüquq mühafizə orqanlarında məlumatlar var. Amma onlar vətəndaşların şikayətlərinə görə yox, hakimiyyət daxilində çəkişmlər baş verəndə hərəkətə keçirlər. Mən dəfələrlə demişəm ki, hakimiyyət kadr siyasətini düzgün aparmır. Hakimiyyətin çoxdandır ki, kadr potensialı, kadr seçimi imkanı tükənib. Bir məmuru bir vəzifədən çıxardıb başqa vəzifəyə təyin etmək və yaxud “köhnə” kadırların əvəzinə yeni, cavan kadırları gətirmək, hələ də kadr islahatı demək deyil. Baxın, “Yeni klinika” və FHN Modul tipli xəstəxanada gənc və xaricdə təhsil alan kadırları təyin etdilər. Və nə baş verdi? “Köhnə hamam, köhnə tas”. COVİD-19 xəstələrdən külli miqdarda pul alırdılar. Bu da hakimiyyətin yeni kadırlar”.

 

Fuad Əliyev baş verən hadisələrin cəmiyyətdə çox ciddi narahatlıq və səhiyyəyə olan inamsızlığın daha da gücləndirilməsini təəssüflə geyd edib:

 

“Pandemiya başlayandan bu tipli xəbərləri eşidirdik. Əgər əvvəl bunu gizlin, ehtiyatla edirdilərsə və bu tipli xəbərlər tək-tük idisə, son altı ayda çox açıq, heç kimdən gorxmadan edirlər. Xəstəyə baxmaq üçün pul istəyirlər. COVİD-19 yüngül yoluxanların yaxınları pul vermiyəndə vəziyyətləri ağırlaşıb dünyasını dəyişirlər. Doğrudanmı bütün ictimaiyyətə çatan bu faktlar Səhiyyə Nazirliyinə, TƏBİB-ə çatmır? Hesab edirəm ki, məlimatlıolmamış deyillər”.

 

Özünün koronavirusa yoluxmasından söz edən Fuad Əliyev klinikalarda yer olmaması bəhanəsi ilə  burada da pulla iş görüldüyünə də diqqət çəkib:

 

“Mən koronavirusa yoluxanda, vəziyyətim çox ağır idi, dedilər ki, klinikalarda yer yoxdur. Amma müraciət etdiyim gündən əvvəl və sonrakı günlərdə eşidirdim ki, 3-5, hətta 10 min alıb xəstələri klinikalara yerləşdirirdilər. Bu faktlarə demək olar ki, bütün klinika və xəstəxanalara aid etmək olar”. /xəbər-Ps/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI