Bu ərazidə Müslüm Maqomayevin heykəli ucaldılacaq

11:54 27-04-2021 | icon 82 | Mədəniyyət
Bu ərazidə Müslüm Maqomayevin heykəli ucaldılacaq

Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəlinin hazırlanması prosesinə başlanılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə heykəlin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib.

 

O, heykəlin bürüncdən tökülmə mərhələsində olduğunu deyib:

 

“Heykəlin hazırlanması üzərində işlər artıq gedir, bürüncdən tökülmə mərhələsindədir. Yəqin ki, yaxın günlərdə yekunlaşacaq. Amma nə vaxt quraşdırılacağını deyə bilmərəm. Çünki postamentin hazırlanmasına müəyyən vaxt lazımdır”.

 

Xalq rəssamı heykəlin Dənizkənarı Milli Parkda ucaldılacağını vurğulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI