Teymur dünya çempionuna, Şəhriyar isə iranlıya qarşı

11:56 27-04-2021 | icon 74 | İdman
Teymur dünya çempionuna, Şəhriyar isə iranlıya qarşı

Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 finala vəsiqə qazanıb.

 

Versus.Az xəbər verir ki, Şəhriyar 9,5 xalla turnir cədvəlinin üçüncüsü kimi, Teymur isə 8,5 xalla sonuncu – səkkizinci kimi əsas mərhələdə iştirak hüququ əldə edib.

 

Teymur Rəcəbov 1/4 finalda Maqnus Karlsenlə (Norveç), Şəhriyar Məmmədov isə İrandan olan, ancaq FIDE bayrağı ilə altında yarışan Əlirza Firuzca ilə qarşılaşacaq.

 

1/4 finalın digər görüşlərində Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri baş tutacaq.

 

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi 8 500 dollar qazanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?