İş adamının oğlunun intiharı ilə bağlı TƏFƏRRÜAT

12:00 27-04-2021 | icon 76 | Cəmiyyət
İş adamının oğlunun intiharı ilə bağlı TƏFƏRRÜAT

İsa Alməmmədlinin özünü atdığı mənzil ailəsinə məxsus olub

 

Ötən gecə Bakı şəhərində tanınmış şair Rüstəm Behrudinin qardaşının 17 yaşlı oğlu İsa Alməmmədlinin intihar etməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

 

Hüquq mühafizə orqanlarından əldə edilən məlumata görə, dəhşətli hadisə Behrudi ailəsinə məxsus olan və Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsi 54 ünvanındakı çoxmərtəbəli binada baş verib.

 

“Hədəf” liseyinin 11-ci sinif şagirdi olan İsa “Whatsapp“ sosial şəbəkəsində doğmalarına səsli mesaj göndərib. O, daha sonra C.Xəndan küçəsindəki binanın 15-ci mərtəbəsində ailəsinə məxsus olan və yaşayış olmayan mənzilin eyvanından özünü yerə atıb. İsa Alməmmədli aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Qeyd edək ki, İ.Alməmmədov “Behrud İnşaat” şirkətinin rəhbəri İlham Alməmmədovun oğludur.

 

O, təhsil aldığı məktəbin nümunəvi və ən savadlı şagirdlərindən biri olub. 2019-cu ildə “Hədəf” liseyinin “lideyin bilgəsi” seçilən İsa bir günlük simvolik olaraq təhsil müəssisəsinin direktoru vəzifəsini icra edib.

 

İntihar faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. /publika.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?