Revanşistlər üçün "soyuq duş" effekti

21:07 27-04-2021 | icon 115 | Siyasət
Revanşistlər üçün "soyuq duş" effekti

Məhəmməd Əsədullazadə: "Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək və..."

 

"Prezident İlham Əliyəvin Zəngilana səfəri, verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı qətiyyətlə qeyd etdi ki, Zəngəzur Dəhlizi açılacaq və yollar çəkilir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Politoloq qeyd edib ki, Prezident qətiyyətlə bu məsələnin üzərində dayandığını göstərir:
 
 
"Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfər edərək, Mehri dəhlizi ilə bağlı yöndəmsiz açıqlama vermişdi. Bu, Paşinyana cavab idi.
 
İkincisi, dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, bir də atəş açılacaqsa, məhv ediləcəklərini bəyan eib. Bu, Zəngəzur istiqamətindən Azərbaycan sərhədçilərinə ermeni hərbiçilərinin atəş açmasına cavab idi".
 
 
M.Əsədullazadənin fikrincə, Ermənistana cavabın dövlət başçısı tərəfindən birbaşa sərhəd istiqamətindən verilməsi revanşistlər üçün "soyuq duş effekti" yaradır:
 
 
"Qeyd edim ki, Ermənistan Baş naziri Zəngəzur istiqamətində silahların alınması barədə göstəriş verib. Çünki növbəti təxribata Azərbaycanın cavabı kəskin olacaq. Bundan sonra Zəngəzurda yaşayan əhali buranı tərk etmiş olar. Bu da Paşinyan üçün seçki öncəsi çətin bir vəziyyətin yaranmasına səbəb olar. Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək və bu regional bir layihədir. Bu dəhlizin açılması Türkiyə, Böyük Britaniyanın da maraqlarına cavab verir".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?