Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə

11:43 28-04-2021 | icon 139 | Siyasət
Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə

Azərbaycan hər iki müharibədə ədalətli, prinsipial mövqe tutub və uğur əldə edib

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edib. Dövlət başçısının çıxışını tezislərlə ifadə edib, sıralayası olsaq, bunları iki blok şəklində qeyd etməliyik.

 

Birincisi: -Azərbaycan Respublikası “COVİD-19” pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır; - Bu ilin yanvar ayından başlayaraq respublika əhalisinin vaksinasiyası davamlı şəkildə təşkil olunur. Ümumiyyətcə pandemiyanın qarşısının alınmasında Azərbaycan fəal mövqe nümayiş etdirir; - Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır.

 

İkincisi: - Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi; - Bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır; - İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər; -Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır; - Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir; - Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır; - İşğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır.

 

İki ayrı blok üzrə qruplaşdırsaq da, buradakı ümumi cəhətlərə diqqət çəkmək istərdim. İlk ümumi cəhət ondan ibarətdir ki, Azərbaycan hər iki müharibədə ədalətli, prinsipial mövqe tutub və uğur əldə edib. Doğrudur, “COVİD19”la mübarizə bizdən asılı olmayan səbəblərdən hələ tam yekunlaşmayıb, lakin Azərbaycan öz nümunələri ilə fərqlənərək, mümkün olan nəticəni əldə edib.

 

İkinci ümumi cəhət ondan ibarətdir ki, cənab Prezident hər iki mövzu üzrə BMT-nin bundan öncəki (sentyabr, dekabr, 2020) toplantılarında da çıxış edərək, qlobal çağırışlar etmiş, təşəbbüs, təklif və ideyalar irəli sürmüşdü. Üçüncüsü, hər iki istiqamət üzrə Azərbaycan Prezidenti tərəfindən edilən xəbərdarlıqlara zamanında ciddi diqqət edilsəydi, bu, hər kəs üçün daha yaxşı nəticələr verər, insan itkisi daha az olardı. – Böyük dövlətlərin ədalətsiz yanaşması, dünyada hökm sürən ikilistandartlar aradan qalxmayınca, kasıb ölkələr, sadə insanlar bundan daha çox əziyyət çəkəcək.

 

Artıq öz ərazilərimizi azad etmiş, müharibədə dövlət və xalq ləyaqəti göstərmiş, dövlət-xalq birliyi nümayiş etdirmişik. “COVİD19” da bitəcək, Azərbaycan öz əhalisini daha yaxşı qorumuş, daha az itkilər vermiş ölkələr sırasında olacaq. Biz məsuliyyətli ölkə kimi, xeyirxah xalq kimi “COVİD19”la mübarizədə ədalətli yanaşmanın tətbiqində israr edərkən, bunu özümüz üçün etmirik. Çünki dövlətimiz öz vətəndaşlarına yetəcək miqdarda vaksin təmin etmək gücündədir; üstəlik, respublikamız donor olaraq çıxış edərək, ÜST-ə ianələr, bir sıra dövlətlərə birbaşa yardımlar edib. Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələrini də əhatə edən Qoşulmama Hərəkatının (QH) xətti ilə BMT Baş Assambleyasının “COVİD19”la bağlı xüsusi sessiyasının təşəbbüskarı olub; BMT Baş Assambleyası bu mövzunu gec də olsa müzakirə edib. Azərbaycan bunlardan daha öncə, “COVİD19” ilk müzakirə edən Türk Şurasının toplantısını təşkil etmişdi. Beləliklə, “COVİD19” mövzusunda ən ardıcıl, xeyirxah davranan ölkə məhz Azərbaycan olmuşdur.

 

Bir daha ikinci blok tezislərə gəldikdə isə cənab Prezident tarixi ədalətin məhz Azərbaycan xalqının özü tərəfindən bərpa edildiyini bildirdi: “Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir”. Torpaqların işğaldan azad edilməsi bir çox gerçəkləri də üzə çıxardı. Vaxtilə təhlükəsizliyə zəmanət verilməməsini və s. bəhanə edərək işğal zonasında müşahidə aparmaqdan, Azərbaycan mədəni irsinin gerçək durumunu (faktları) araşdırmaqdan boyun qaçıran bəzi beynəlxalq qurumlar, müşahidəçilər indi azad olunmuş bölgələrə səfər etməyə həvəs göstərmir. Bunun özü məkri, riyanı, birtərəfliliyi, ədalətsizliyi, ikilistandarları bariz şəkildə ifadə etməkdədir. Çünki işğaldan azad olunmuş ərazilərə gəlsələr erməni vandallığının şahidi olacaqlar. Şahidi olacaqlar ki işğal ərazisindəki Azərbaycan şəhər və kəndləri yerlə-yeksan edilib. Təkcə Ağdam şəhərini (daha doğrusu, şəhər yerini) görsələr, zəhmət çəkib, “Qafqaz Hirosiması” haqqında danışmalı olacaqlar. Gizlətmək mümkün deyil ki, Ermənistan məhz qəsdən Azərbaycan mədəni, tarixi və dini abidələrini vandallığa məruz qoyub, qəbirstanlıqları dağıdıb, torpağın altını üstünə çevirib...

 

Və nəhayət, indi elə bir dönəm gəlib çıxıb ki Azərbaycanın inkişafı bütövlükdə Qafqazların, Avrasiyanın inkişafı üçün yeni əsaslar yaradır. Bu yenilikdə Zəngəzur dəhlizi xüsusi önəm daşıyır və təsadüfi deyil ki, Prezident bir daha Zəngəzur dəhlizinə vurğu etdi: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”. Ermənistanın kaprizləri, ərkəsöyünlüyü artıq bir işə yaramır. Azad olunmuş ərazilərə səfər etməyə həvəs göstərməyən beynəlxalq qurumlar, müşahidəçilər də fövqəladə önəm daşımır. İndi Azərbaycan Dəmir Yumruğunun yaratdığı reallıqlarla barışan – qazanan tərəfdir, barışmayanlarsa – “cəhənəmə yoldaş axataran” Ermənistanla miskinliyi bölüşməli olacaq…

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?