Son üç lisenziya üçün məşqlərə başlanıldı

11:56 28-04-2021 | icon 119 | İdman
Son üç lisenziya üçün məşqlərə başlanıldı

Sərbəst güləş üzrə yığmamız aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.

 

Versus.Az xəbər verir ki, mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanış Olimpiya Güləş Mərkəzində keçirilir.

 

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi ölkəmizə təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.

 

Qeyd edək ki, sərbəst güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində millimiz üç çəkidə – 57, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb