"Bu, Baydenin ən uğursuz addımı idi"

12:04 28-04-2021 | icon 307 | Siyasət
"Bu, Baydenin ən uğursuz addımı idi"

Fuad Əliyev: "Qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmalıyıq"

 

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.


ALDP sədrinin sözlərinə görə, heç bir sübutu olmayan tarixi hadisələrə indiki həssas məqamda qiymət verməyə cəhd göstərmək səhv addımdır:

 

“Sözsüz ki, burada uzun illərdir onunla ciddi iş aparan erməni lobbisinin əsas rol oyandığını nəzərdən qaçırmaq olmaz. Son nəticədə ABŞ Prezidenti beynəlxalq hüquqa zidd və populist bəyanatla çıxış etməklə özünü çətin duruma saldı. Təbii ki, ABŞ Prezidentinin bəyanatı Azərbaycanda da olduqca mənfi qarşılanır. Belə ki, Azərbaycan dövləti buna kəskin reaksiya verib və Türkiyənin yanında olduğunu nümayiş etdirib. Ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar da Co Baydenin bu ən uğursuz addımını qətiyyətlə pisləyib. Hesab edirəm ki, biz qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün birgə səylə çalışmalıyıq”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?