Rəcəbov məğlub oldu, Məmmədyarov yarımfinala adladı

07:32 29-04-2021 | icon 106 | İdman
Rəcəbov məğlub oldu, Məmmədyarov yarımfinala adladı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final mərhələsinin görüşləri başa çatıb.

 

Versus.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla norveçli Maqnus Karlsenin qarşılaşmasında sonuncu qalib gələrək adını yarım finala yazdırıb.

 

Şəhriyar Məmmədyarov isə İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşmada üstün olaraq yarımfinala adlayıb.

 

Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilib. Aronyan və Nakamura sevinən tərəflər olub.

 

Beləliklə də, yarımfinalda Şəhriyar Nakamura ilə, Karlsen isə erməni şahmatçıyla qarşılaşacaq.

 

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək