Xəstələrin pensiyalarının kəsilməsinin kökündə duran SƏBƏBLƏR

10:30 29-04-2021 | icon 377 | Cəmiyyət
Xəstələrin pensiyalarının kəsilməsinin kökündə duran SƏBƏBLƏR

Razi Nurullayev: "Bu əsas vermir ki, bunu bəhanə edib, pensiyanı dayandırasınız"

 

"Xəstə insanların pensiyalarının kəsilməsi ilə bağlı saysız-hesabsız müraciətlər var. Bu problemin bir vacib kökü də həkim müayinələrinin ikibaşlı qeyd edilməsidir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Razi Nurullayev qeyd edib ki, məhz bu ikibaşlı qeydlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların kəsilməsi üçün əsas və bir çox hallarda da fürsət görür:
 
 
"Barmağınızı qatlayın görək, bu günə kimi hansı serebral iflici müalicə edib sağaltmısınız Hansı anadangəlmə xəstəlikləri sağaltmısınız? Niyə verdiyiniz kağızda "yaxşılaşma hiss edilir", "müalicəsi davam etdirilə bilər", "müalicəyə ehtiyacı var", yaxud sağlam orqanlarını qeyd edirsiniz ki, "ürəyi normal işləyir", "qaraciyərinin funksiyası pis deyil", nə bilim "nisbi yaxşılaşma qeyd olunur". Bunlar nə deməkdir? Əlbəttə, onların ömürlük müalicəyə ehtiyacları var, amma bu əsas vermir ki, bunu bəhanə edib, pensiyasını dayandırasınız. Ayıbdır e, Vallah! Serebral iflicin gözləri yaxşı görürsə, bunun nə aidiyyatı var? Belə çıxır ki, iki ayağı olmayana yazılır ki, əlləri işləyir. Əlinin yox ayaqlarına nə aidiyyatı var? 1-ci qrupdan da o yana yeni qrup növü təşkil edəcəksiniz?"
 
R.Nurullayev hesab edir ki, bu cür yollarla vətəndaşları yola verirlər, məsuliyyəti üzərilərindən atır və hər kəs üçün problem yaradırlar:
 
 
"Nazirlik də baxmır ki, axı serebral iflic sağalan xəstəlik deyil. Bu adam ömürlük şikəstdir, nə yaxşılaşma ola bilər? Fürsət bilib qayçılayır. Lap yaxşılaşsın, uzağı kimlərinsə köməkliyi ilə 5-10 addım atıb hamama gedə bilər.
 
İnsafınız və vicdanınız olsun! Vətəndaşları bu şəkildə incitməyin. Pensiyaları kəsirsiniz, 6-7 aydan sonra kimlərinsə təzyiqi ilə bərpa edirsiniz, bəs o almadığı, haqsızlığa uğradığı ayları kimim adına yazaq? Vətəndaşlara bu stresi yaşatmayın. Yazın ki, bu adam ölməməsi və ayaqda qalması üçün müalicə edilir, amma sağalması mümkün deyil. İkibaşlı cümlələr yazmayın, Nazilrliyə də fürsət verməyin. Allahdan qorxun!"
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?