Rektorun həbsi tələb olunur

11:02 29-04-2021 | icon 135 | Təhsil
Rektorun həbsi tələb olunur

140 min manatı mənimsəyən şöbə müdirinə cinayət içi açıldı

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.

 

Unikal.org-un məlumatına görə, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır. 

 

Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dərslərə buraxılmasını əsas gətirərək, bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.

 

Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

 

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"