Rafael Ağayev Portuqaliyadakı yarışda iştirak etməyəcək

11:56 29-04-2021 | icon 113 | İdman
Rafael Ağayev Portuqaliyadakı yarışda iştirak etməyəcək

Karateçilərimiz Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirində mübarizə aparacaq.

 

Versus.Az xəbər verir ki, mötəbər yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edəcək. Bu ay anasını itirmiş millimizin lideri Rafael Ağayev (-75 kq) bu yarışda mübarizə aparmayacaq.

 

Karateçilərdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.

 

Lissabonda Premyer liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq.

 

Ümumdünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq. Turnir sabah başlayacaq və mayın 2-də başa çatacaq. Bu, karate millimiz üçün İstanbul Premyer Liqasından sonra ilin ikinci yarışı olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?