“1001 palıd” layihəsi Biləsuvarda

11:59 02-05-2021 | icon 106 | Cəmiyyət
“1001 palıd” layihəsi Biləsuvarda

Biləsuvar rayonunda “1001 palıd” adlı layihə icra edilib.

 

Versus.Az xəbər verir ki, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “1001 palıd" adlı yeni təşəbbüs həyata keçirib.

 

Belə ki, Biləsuvar şəhərinin Mərkəzi parkı ərazisinin müəyyən hissəsində palıd ağacları bitib. Ağacların altında minlərlə palıd fidanı cücərmiş, hətta bəzilərinin boyu 15-20 sm-ə çatmışdır.

 

“1001palıd” ideyasının məqsədi olaraq Biləsuvar Mərkəzi Parkı ərazisinin kiçik bir hissəsində bitən fidanlar dibçəklərə köçürülüb və müəyyən ərazidə qulluq edilib böyüdüləcək.

 

Qeyd edək ki, təşəbbüsə qısa vaxt ərzində rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub. Layihəni “1001 palıd” adı altında ənənəvi olaraq hər il davam etdirməklə müəyyən olunan ərazidə palıd ağaclarını çoxaldılması planlaşdırılır.

 

Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir.

 

Bildirək ki, layihənin icra prosesinə pandemiya qaydalarına riayət etməklə bu gün saat 10:00-da Biləsuvar rayonu Mərkəzi parkında start verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?