Mollanın qonşu qadını qətlə yetirməsinin TƏFƏRRÜATI

10:52 03-05-2021 | icon 153 | Hadisə
Mollanın qonşu qadını qətlə yetirməsinin TƏFƏRRÜATI

Lerik rayonun Barzavu kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

 

Versus.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Murad Əskərov kənd camaatının ödənişi ilə yasin surəsi oxuyan şəxs olub.

 

Qətlə yetirilən qadının üç oğlu olub. Oğlunun biri Bakı şəhərində işləyir, biri hərbi xidmətdədir, digəri isə onunla birlikdə kəndə yaşayıb. Mərhumun həyat yoldaşı Rusiyadadır.

 

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Zəkifə Fərziyeva etiraz edərək onu evindən qovub. 

 

Bu ilin aprelin 28-də günorta saatlarında M.Əsgərov sahədə kartof əkirmiş, Zəkifə Fərziyevanın oğlunun evdən çıxaraq, meşəyə odun gətirməyə getdiyini görüb və gizli şəkildə mərhumun evinə gəlib. M.Əskərov onunla cinsi əlaqədə olmaq istəsə də, qadın qışqırıb. Bu zaman o, cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazına xəsarət yetirib. 

 

M.Əsgərov ilkin ifadəsində qadını bıçaqla yaralayaraq onu qorxutmaq istədiyini bildirib. O, qadının baş verən hadisəni başqalarına danışacağından ehtiyat etdiyi üçün mərhuma yeddi bıçaq zərbəsi endirib.

 

Zəkifə Fərziyeva onu qətlə yetirən şəxsin qardaşının baldızı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?