Pasxa bayramı münasibəti ilə KƏLBƏCƏRƏ SƏFƏR

08:51 04-05-2021 | icon 84 | Qarabağ
Pasxa bayramı münasibəti ilə KƏLBƏCƏRƏ SƏFƏR

Bu gün  Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavənd məbədinə alban-udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil  edilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

 

Yolun vəziyyəti nəzərə alınaraq, xüsusi hərbi avtobusla Toğana istiqamətindən hərəkət davam edəcək.

 

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Kəlbəcər rayonunda yerləşən Xudavəng məbədində tədbir keçirilib. Pasxa bayramı münasibəti ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvəri qədim alban məbədində dini ayin icra edib, dualar oxunub, ibadət edədək şamlar yandırılıb.

 

Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksi dünya əhəmiyyətli memarlıq abidələrindəndir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

Xatırladaq ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Fondun dəstəyi ilə növbəti tədbirin Laçın rayonundakı Ağoğlan məbədində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?