"8 may günü Şuşada korifeylərimizin musiqisi və ifaları səslənsin"

11:21 04-05-2021 | icon 171 | Siyasət
"8 may günü Şuşada korifeylərimizin musiqisi və ifaları səslənsin"

Dinarə Məmmədova: "Qarabağda bərpa işləri ilə yanaşı sərhədləri də gücləndirməliyik"

 

"Düz 28 il 8 may gününü Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşanın işğal günü kimi xatırlayırdıq. Çox istərdim ki, bu ilin 8 may günündə Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bül-Bülün və digər korifeylərimizin musiqiləri və ifaları səslənsin".

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

İşğal altında olan Şuşa şəhərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər, xalqımız üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olduğunu vurğulayan Dinarə Məmmədova qeyd edib ki, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulmuşdu:

 

"Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir. Erməni-faşistləri Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Dağıdılan tarixi abidələr arasında məşhur Şuşa qalası, Xurşidbanu Natəvanın, Əbdülrəhman bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Nəvvabın, Axundovun, Vəzirovun, Yusif bəy Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri də var.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Düz 28 il altı aydan sonra müzzəffər Ordumuz 8 noyabr 2020-ci il tarixində Şuşanı azad etməklə Qarabağın dağlıq hissəsinin işğalına son qoydu! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

 

ALDP sədr müşaviri bildirib ki, torpaqlarımızın işğal günləri keçmişdə, tarixdə qalsa da, bu günlər yaddan çıxarılmamalıdır. Onun sözlərinə görə, ermənilərin tarixən türkə düşmən kəsildiyi bəllidir və Qarabağda bərpa işləri ilə yanaşı sərhədləri də gücləndirmək vacibdir.

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"