“Paşinyan bizə sərf edir, gəlsin Zəngəzuru da qaytarsın…”

17:58 04-05-2021 | icon 153 | Siyasət
“Paşinyan bizə sərf edir, gəlsin Zəngəzuru da qaytarsın…”

Ramiyə Məmmədova: “Rusiya mütləq şəkildə Paşinyanı dəstəkləyəcək”

 

“Pasinyanin 44 günlük savaşı uduzması Ermənistanda həzm oluna bilmir. Lakin Pasinyanın tamamən baş nazir postundan gedəcəyi və bu seçkiləri uduzacagı hələ sual altındadır”.

 

Bunu Versus.az-a Ermənistanda keçiriləcək çeçkilərdə kimin şanslı olması və cərəyan edən prosesin hədəfləri şərh edən politoloq Ramiyə Məmmədova bildirib.

 

“Qarabağ savaşının nəticələrinə qatlanacaq bir siyasətçi olmalıdır. Yəni Rusiya üçün bu gün bu sazişin yerinə yetirilməsi o qədər vacibdir ki, öz yaxın kadrlarını belə bu gün bu posta gətirməkdən çəkinər. Çünki iqtisadi maraqları Ermənistandakı siyasi vəziyyətdən Rusiya üçün daha önəmlidir. Paşinyan bu dəfə seçim təbliğatını daha öncəki şüarlar edə bilməyəcək. Çünki şəhər əhlinə mitinqlərdə verdiyi sözlərin heç birini tuta bilməyən baş nazir, indi seçki kompaniyasına daha çox kənar rayon və kəndlərdən dəstək almağı duşunur. Bunu erməni politoloqlardan biri yazıb”.

 

Politoloq hesab edir ki, Lavrovun Ermənistana getməsi çox şeyi dəyişə bilər. Onun fikrincə, Lavrovun Ermənistanda verdiyi bəyanatlar seçki kompaniyasında böyük rol oynaya bilər:

 

“Həm də Qarabağda yaranan problemlərdə yeni strategiya müəyyənləşməsi də baş verə bilər. Yəni Lavrovun Moskvaya qayıtdıqdan sonra Ermənistanın Qarabağda gedən proseslərdə necə hərəkət edəcəyi gorunəcək. Bu gün Köçəryanı və digərlərini dəstəkləyən Rusiyanın öz maraqları üçün mütləq şəkildə Paşinyanın vəzifəyə dönməsini təmin etməsi vacib məsələ olacaq. Çünki gələcəkdə Köçəryana və onun kimilərə stavka edən Rusiya Paşinyanı xərcləməkdən çəkinməz. Seçkinin başlamasına az qalıb, lakin artıq Paşinyan öz çıxışında “siz yox, xalq səs verəcək” deyə, parlamenti tənqid edib. Əslində bu gün Paşinyan bizə sərf edir, gəlsin Zəngəzuru da qaytarsın, sazişin bəndələrini icra etsin”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI