“Mançester Siti” tarixində ilk dəfə finala çıxdı

07:21 05-05-2021 | icon 273 | İdman
“Mançester Siti” tarixində ilk dəfə finala çıxdı

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

 

Versus.Az xəbər verib ki, ilk oyunda səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” klubu cavab oyununda rəqibini iki cavabsız qolla məğlub edib.

 

Bu nəticə ilə “şəhərlilər”ilk dəfə Avropanın ən nüfuzlu klub turnirində finala yüksəlib.

 

“Mançester Siti”nin hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib.

 

Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

 

“Mançester Siti”nin finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) oyunundan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk matç 1:1 hesabı ilə başa çatıb.

 

UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu

“Mançester Siti” (İngiltərə) - PSJ (Fransa) - 2:0
Qollar:
 Riyad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)
İlk oyun - 2:1

 

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb