“Epilepsiya xəstəliyi ilə bağlı klinikamızın nevroloqlarına müraciət edə bilərsiniz”

09:48 05-05-2021 | icon 520 | Sağlamlıq
“Epilepsiya xəstəliyi ilə bağlı klinikamızın nevroloqlarına müraciət edə bilərsiniz”

Nərminə Abbasova: "Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər”

 

 

 

 

 

Oxucularımızın istəyi ilə bu dəfə Epilepsiya xəstəliyi haqqında məlumat verəcəyik. Çalışacağıq ki, bu xəstəliklə bağlı yaranan suallara ailə həkimimiz, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA ilə söhbətdə cavab tapaq.

 

 

Versus.Az olaraq öncə epilepsiya xəstəliyi haqqında maraqlı bir faktı diqqətinizə çatdırmaq istərdik.

 

 

QEYD: Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla, bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb, yəni qədim dövrdən mövcud olub. Epilepsiya xəstəliyi çox maraqlı və insan beyni ilə maraqlananlar qarşısında böyük imkanlar açan nevroloji bir patalogiyadır. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Xəstəliyin etimioloji adında da bu ənənə özünü göstərir. Epilepsiya sözü yunanca “epilambano” sözündən götürülüb mənası “yıxılıram”, “tuturam” deməkdir. Bundan başqa epilepsiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub. Ona “ilahi xəstəlik”, “Herkules xəstəliyi” kimi adların verilməsi məhz onun o zaman üçün anlaşılmaz olan tutmaları ilə bağlı olub. Və nəhayət epilepsiyaya “dahi xəstəliyi” damğasının vurulması da elə-belə olmayıb. Tarixə müraciət etsək görərik ki, Napoleon Bonapart, Yuli Sezar, Dostoevski, Qeorq Fridrix Hendel, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkib.

 

Ailə həkimimiz Nərminə xanım Epilepsiya xəstəliyi haqqında danışmazdan öncə bildirdi ki, rəhbəri olduğu MayoMed Klinikasında mütəxəssislər, nevroloq həkimlər var və müraciət edənlərə öz xidmətlərini göstərməyə hazırdılar.

 

Daha sonra sözügedən xəstəlik haqqında fikirlərini bölüşən həkim-terapevt bildirdi ki, epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Onun sözlərinə görə, bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir:

 

“Bu xəstəlik tutmalar şəklində baş verir. Bu tip tutmalar arasındakı müddətdə isə xəstə sağlam bir insandır. Nəzərə almaq lazımdır ki, şəxsin həyatında yalnızca bir dəfə tutma keçirməsi onun epilepsiya xəstəsi olduğu anlamına gəlmir. Qeyd edim ki, xəstəlik zamanı onun yaranma səbəbini dəqiq müəyyənləşdirmək olmur. Doğuş travmaları, keçirilən qəzalar və bədbəxt hadisələrə bağlı kəllə-beyin travmaları, çətin doğum, daha yuxarı yaşlarda beyin damarlarında rast gəlinən anomaliyalar, şişlər, beyin iltihabları və alkoqol təsdiq olunmuş səbəblər arasında yer almaqdadır. Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər”.

 

Epilepsiya xəstəliyinin əlamətləri və növlərindən də bəhs edən Nərminə Abbasova bildirdi ki, epilepsiyanın bir çox tutma tipi vardır. Onun sözlərinə görə, qısa göz dalmaları absans tutmalar adlandırılır. Və ya vücudun hər hansı bir hissəsində qıcolma formasında tutmalar olursa, bunlara fokal tutmalar deyilir:

 

 

“Tutma keçirərkən bütün bədən boyu spazmlar meydana gəlirsə, xəstə sidiyini qaçırırsa və ağız köpüklənirsə, bu yayğın tutmalar adlandırılır. Yayğın tutmalar zamanı beynin böyük bir hissəsindəki neyronlarda boşalma baş verir. Fokal tutmalar zamanı şüur açıq və ya qapalı ola bilər. Tonik tutmalar tipində vücudun təsirlənmiş nahiyələrində tez-tez, qüvvətli və şiddətli qıcolmalar baş verir. Klonik tutmalar vaxtı isə təsirə məruz qalan əzələlər davamlı olaraq yığılır və boşalır. Absans tipli tutmalar zamanı şəxs hissizləşir, baxışları heç bir məna ifadə etmir, bir nöqtəyə baxaraq ilişib qalırlar və qısamüddətli yaddaş itkisi keçirirlər. Bu tip tutmalar uşaqlarda daha çox görünür. Dodaq şappırdatma, çeynəmə, əmmə, əlləri bir-birinə sürtmə, gözlərdə titrəmə müşahidə oluna bilər. Bunlarla yanaşı digər növ epilepsiya tutmaları da mövcuddur”.

 

 

Həkim-terapevt qeyd etdi ki, Epilepsiyanın diaqnozumda tutmaların dəqiq təsviri müəyyən edilməlidir. Həkimin sözlərinə görə, bu səbəbdən xəstə müayinəsi zamanı tutmaları müşahidə edən şəxslərin verdiyi məlumatlar da önəmlidir:

 

“Xəstəlik nevroloq (nevropatoloq) həkimlər tərəfindən təyin edilir və nəzarətə alınır. Diaqnozu təsdiqləmək üçün EEQ, MRT, Kompyuter tomoqrafiyası kimi əlavə diaqnostik üsullardan da istifadə oluna bilər. Epilepsiyanın müalicəsinə gəlincə, xəstəlik dərmanlarla müalicə olunur. Dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir. Müalicə müddəti ərzində dərmanların mütəmadi qəbulu böyük rol oynayır. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da var. Təcrübədə görülür ki, uşaqlıq epilepsiyaları yaşla birlikdə öz-özünə də keçə bilir. Lakin ömür boyu davam edən formalar da vardır. Dərman müalicəsinə cavab verməyən xəstələrdə cərrahi müalicə forması tətbiq oluna bilər”.

 

 

ZƏRURİ QEYD: Epileptik tutma zamanı göstərilən yardımlar

 

1) tutma keçirən xəstənin hərəkətlərinə mane olmamaq

 

2) tutmanın başlanma və bitmə saatını qeyd etmək

 

3) xəstənin çənəsi yığılıbsa, bunu əllə, qaşıqla ya digər əşyalarla açmağa çalışmamaq. Tutma keçirən xəstənin dilini udma ehtimalı yoxdur. Dilini tutmağa çalışaraq sadəcə xəstənin yaralanmasına səbəb olacaqsınız.

 

4) xəstəni yavaşca yan yatıraraq, tənəffüs yollarını açıq tutmağa çalışmaq

 

5) xəstəni əlavə yaralanmadan qorumaq üçün kəsici, deşici, iti alətləri kənarlaşdırmaq, paltarlarının yaxasını açmaq və xəstəni yumşaq, düz bir yerdə yatırmaq

 

6) xəstəylə əlaqə qurmağa çalışaraq şüurun yerində olub-olmadığını öyrənməyə çalışmaq

 

7) tutma bitənə kimi xəstənin yanından ayrılmamaq

 

Bəs hansı hallarda təcili yardım çağırmaq lazımdır?

 

1) tutma 5 dəqiqədən uzun çəkərsə və ardınca növbəti tutma baş verərsə

 

2) tutma bitdikdən sonra 5 dəqiqə ərzində şüur yerinə gəlməzsə

 

3) tutma suda baş verərsə

 

4) pasient yaralanarsa

 

5) pasient hamilə və ya şəkərli diabet xəstəsi olarsa

 

Epilepsiyalı xəstələrin diqqətə alması vacib məqamlar:

 

1) Dərmanlarınızı vaxtlı-vaxtında qəbul edin

 

2) Üzərinizdə epilepsiya xəstəsi olduğunuza dair bir kağız və ya kart saxlayın

 

3) Ağaca, eyvana çıxmaq, hündürə qalxmaq kimi hərəkətlərdən uzaq olun.

 

4) Tək üzməyin.

 

5) Duş qəbul edərkən qapını kilidləməyin

 

6) Telezivor kimi davamlı olaraq parlayıb sönən işıq qarşısında çox vaxt keçirməyin.

 

7) İdmanla məşğul ola bilərsiniz, amma susuz qalmamağa diqqət edin.

 

8) Hədsiz yorğunluq və yuxusuzluqdan qaçının.

 

9) Başınızdan zədə almamağa diqqət edin.

 

Hansı peşələr epilepsiyalı xəstələr üçün deyildir?

 

Epilepsiya xəstələri pilot, üzgüçülük, cərrahlıq, kəsici və deşici aparatlarla çalışan işlərdə, yüksəkdə işləməyi gərəkdirən peşələrdə, dağçılıqla, sürücülüklə, silah istifadəsi lüzumlu olan polis və əsgərlik kimi vəzifələrdə işləməməlidirlər. Həmçinin bu cür xəstələr iş yerindəki həmkarlarını xəstəliyi ilə bağlı məlumatlandırmalıdırlar.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Epilepsiya xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?