“Space” TV-yə yeni rəhbər GƏLDİ

12:17 05-05-2021 | icon 221 | KİV
“Space” TV-yə yeni rəhbər GƏLDİ

“Space” televiziya kanalına yeni rəhbər təyin olunub.

 

Versus.Az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova “Space” televiziyasına rəhbər vəzifəsinə təyin edilib.

 

Ü.Mikayılova açıqlamasında bildirib ki, artıq kollektivə təqdim olunub və sabahdan vəzifəsinin icrasına başlayır.

 

Ülviyyə Mikayılova bu təyinata qədər Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

 

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.  Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.

 

2009-cu ildən Dünya Bankının və UNİCEF-in beynəlxalq məsləhətçisi kimi həm xaricdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə yer alıb. Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim kimi fəaliyyət göstərir. Ülviyyə Mikayılovanın elmi məqalələri bir çox yerli və xarici mənbələrdə dərc edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?