ATƏT: Bakı və Yerevan dialoqu davam etdirmək arzusundadır

17:20 02-11-2018 | icon 103 | Gündəm
ATƏT: Bakı və Yerevan dialoqu davam etdirmək arzusundadır

Bakı və Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır.

 

Versus.Az xəbər verir ki, bunu ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib:

 

“Ümid edirik ki, gələn ay iki ölkənin XİN rəhbərlərinin görüşü baş tutacaq və bu görüşdə nizamlanmanın əsas məsələləri və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunacaq. Prinsipial planda biz başa düşdük ki, yüksək səviyyədə dialoqu davam etdirmək arzusu var”.

 

Daha sonra o qeyd edib ki, qarşıdurma xəttində vəziyyət müəyyən qədər sabitləşib:

 

“Bu gün bizim səfərimiz başa çatır. Biz Yerevanda, Dağlıq Qarbağda olduq, indi isə Bakıdayıq. Bizim Ermənistanın baş nazir vəzifələrini icra edənlə, Azərbaycan Prezidenti ilə, hər iki ölkənin müdafiə nazirləri ilə görüşlərimiz oldu. Biz xüsusilə Düşənbədə liderlər arasında baş tutmuş söhbəti müzakirə etdik. Qarşıdurma xəttində, sərhəddə müəyyən qədər sabitləşmiş vəziyyəti müzakirə etdik, Yerevanla Bakı arasında yaradılmış əlaqə barədə danışdıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib