177 il əvvəl 22 may tarixində nə baş verdi?

12:13 21-05-2021 | icon 692 | Cəmiyyət
177 il əvvəl 22 may tarixində nə baş verdi?

Gənc məhbus

 

AZƏR CƏFƏROV
/Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru
BDU-nin dosenti, fəlsəfə doktoru/

 

Gənc məhbusu Təbrizin küçələri ilə aparırdılar. Onun boynuna poladdan xalta salınmışdı. Keşikçilər qəzəblə xaltaya bağlanmış ipləri dartır və onu amansızcasına qamçılayırdılar. Onu kütlənin içi ilə çəkib aparırdılar. Hərdən kütlə içindən kimsə kənara sıçrayıb, gənci ağacla vururdu. Atılmış daş və ya at peyini məhbusun sifətinə dəyəndə kütlə içindən qəh-qəhə qopurdu. “Hə, özünü azad et, zəncirlərini qır, bizə möcüzə göstər!”, “bəs deyirdin Peyğəmbərsən, göstər qüdrətini, məlun” – bir küçə avarası qışqıraraq, gəncin sifətinə tüpürdü...

 

Gənci edam yerinə gətirdilər. Meydanda əsgər dəstəsi düzülmüşdü. Hamı altı il ərzində ölkəni təlatümə salmış bu qəribə Gəncə sonuncu dəfə baxmaq istəyirdi. Yaşı otuzdan çox olmazdı. Hamı dramatik sonluq arzulayırdı. Lakin O, onların ümidini doğrultmadı. Bu gənc köməksiz olsa da, özünə inamlı görünürdü.

“Atəş!” əmri eşidilir. Hər birində 250 nəfər olmaqla üç sıra əsgər bir-birinin ardınca gəncə atəş açır...

 

Bu hadisənin şahidi olmuş bir nəfər yazır: “Tüstü çəkiləndən sonra gördülər ki, gənc sağ-salamat dayanıb, bədənində heç bir yara yoxdur. Gəncin asıldığı kəndirlər isə parça-parça olmuşdu”.

 

Buna inanmaq çox çətin idi - güllələr məhbusa heç bir ziyan yetirməmişdi. Əksinə, onlar ipləri qırıb, onu azadlığa buraxmışdı. Bu əsl möcüzə idi. Bu hadisədən təsirlənmiş əsgərlər edamı davam etdirməkdən imtina edirlər. Meydana yeni hərbi hissə gətirilir. Edam bu dəfə baş tutur. Beləliklə, Seyyid Әli Mәhәmmәd Bab 1850-ci ildə iyulun 9-da Təbriz şəhərində kütlə qarşısında edam edilir. Babın qətlindən sonra cәnazәsi qala divarlarının arxasındakı xәndәyә atılır. Gecәykən tərəfdarları Onun nəşini oğurlayıb, 40 il müxtәlif yerlərdә gizlədirlər. Sonra böyük cәtinliklә Fələsintin torpağına (indiki İsrail dövlətinin ərazisinə) gətirilir və Kәrmil dağının ətəyində dәfn olun­ur.

 

Babın bəyanı

 

Sonralar Bab (yәni "Qapı") adlanan Seyyid Әli Mәhәmmәd 1819-cu il oktyabrın 20-dә İranın Şiraz şәhәrindә doğulub. Uşaq ikən atası vәfat edir vә dayısının himayәsinә verilir. On beş yaşından etibarәn Buşir şәhәrindә dayısının yanında tacirlik edir. O, gәncliyindә qeyri-adi gözәlliyi, möminliyi vә son dәrәcә alicәnablığı ilә fәrqlәnirdi. İyirmi beş yaşında bəyan etdi ki, “Allah Onu Özünün Qapısı secmişdir”. Hәmin günlәr Mehdinin tezliklə zühuru ideyası şeyxilәr tәriqәtindә daha güclü idi. Babın Öz Missiyasını ilk dәfә bəyan etdiyi şәxs hәmin tәriqәtdәn olan Molla Hüseyn idi.

Bu bәyanın dәqiq vaxtı məlumdur: miladı təqvimlə 1844-cü il mayın 22-də gün batandan 2 saat 11 dәqiqә sonra. Babın sözlәrin təsirlənmiş Molla Hüseyn qәti әmin olur ki, müsəlmanların coxdan gözlədikləri Mehdi həqiqətən zühur etmişdir. Qısa müddәtdә şeyxilәrin böyük әksәriyyәti Baba beyət edir vә babilәr kimi tanın­ırlar. Tezliklә bu Babın xəbəri ildırım sürәtilә bütün ölkәyә yayılır.

Bəlağətli nit­qi, qeyi-adi müdrik­liyi və islahatçı çılğınlığı insanlar ara­sında bö­yük ruh yüksəkliyinə səbəb olur, lakin eyni dərə­cədə ruhanilərin Ona qarşı düşmənçiliyini törədir. Ruhanilәr Ona qarşı ciddi ittihamlar irәli sü­rürlәr vә Fars әyalәtinin valisi Hüseyn Xanı inandırırlar ki, "yeni bidәtçiliyә" qarşı tәqiblәrә baş­lasın. Bundan sonra Həzrət Babın uzun sürәn hәbsxana vә ağır tәhqirlәr döv­rü başlayır.

Şiәlәr inanırdılar ki, min il  әvvәl müәmmalı şәkildә qeyb olmuş on ikinci İmam Sahib-Zaman  sağdır vә özünün әvvәlki görkәmindә zühur edә­cәk­dir;  Onlar gözlәyirdilәr ki, Mehdi saysız-hesabsız qoşunu ilә gələcək, Özünü ali hökmdar elan edәcək və 1000 illik İlahi Səltənətini quracaq, saysız-hesabsız möcüzələr göstərəcək. Lakin bu әlamәtlәr görünmәdiyi üçün Babı nifrətlə rədd etdilәr. Digәr tәrәfdәn babilәr, sözü gedәn peyğәmbәrliklәri mәcazi mәnada şәrh edirdilәr. Onlar belә hesab edirdilәr ki, Mehdinin hakimiyyәti mistik olacaq. Onun şöhrәti dün­yәvi deyil, ruhani xarakter daşıyacaq; Onun qәlәbәlәri - insan qәlblә­rinin qalalarını fәth etməkdәn ibarәt olacaq; onlar Babın ecazkar hәyatında vә tәlimindә, dönməz inamında Onun bu iddialarını tәsdiq edәn çoxlu dәlillәr tapırdılar.

Lakin Bab Özünü Mehdi elan etməklә kifayәt­lәnmәdi. O, "Nuqteyi-Üla" vә ya "Birinci Nöqtә" müqәddәs adını qәbul etdi. Bu titulla Mәhәmmәd Peyğәmbәrin ardıcıl­ları Ona müraciәt edәrdilәr. Hәtta imamlar öz mәqamlarına görə "Nüqteyi-Üla"dan aşağıda idilər. Bu rütbәni qәbul etməklә Bab Özünü Mәhәmmәd Peyğәmbәr kimi din Qurucularının mәqamına yüksәldirdi. O hәtta yeni tәqvim tәtbiq edәrәk günəş ilini bәrpa etdi və Yeni Eranın baş­lan­ğıcını Özünün Zühur etdiyi ildәn qoydu.

Babın bәyanatları vә insanlar arasında sürәtlә yayılması Onun susdurulmasına edilən cәhdlәrin getdik­cә daha amansız xarakter almasına gәtirib çıxardı. Tehran­da, Azərbaycanda, Farsda, Mazandaranda və digər yerlərdə çoxlu sayda babilər ölümə məhkum edilirdi: başlarıı kəsil­ir, topların ağzına qoyulub atılır, yan­dırıl­ır, tikə-tikə doğranırdı. Lakin hərəkatın yatırılmasından ötrü edilən bütün səylərə baxmayaraq o, getdikcə genişlənirdi. Məhz bu təqib­lər nəticəsində ardıcıllarda belə bir əminlik güclənirdi ki, bununla da Mehdinin gəlişi haqqında peyğəm­bər­liklər sözün hərfi mənasında yerinə yet­mişdir. Bununla belə babilər hərəkatı çətinliklə də olsa 1852-ci ildə yatırılır.

 

Babın əsərləri

 

Babın yazıları olduqca çox idi. Onun yazılarının bəziləri Quran surәlәrinә şәrhlәrdәn, o birilәri isә Allaha tәvәkkül etmәyә çağı­rışlardan ibarət idi. Lakin әsas Yazılarının mahiyyәtini Özündən sonra zühur edəcək daha əzəmətli Allah Məzhərinin tәrifi vә tәsviri tәş­kil edirdi. O Öz zühuruna xoş müjdəni bәyan edәnin gәlişi kimi baxırdı. Özünü Ondan sonra gələcək o qüdrətli Kәsi (Bəhaullahı) aşkarlayan vasitə hesab edirdi. Ardıcıl­larına deyərdi ki, onlar Yeni Vəhyin zühurunu gözlәmәli­dirlәr: "Mәn ancaq budrәtli kitabın hərfiyəmbududsuz dәryanın dam­la­sı­yam, O zühur edәndә Mәnim әsil tәbiәtim, Mәnim sirlәrim, müәmmalarım vә eyhamlarım kar vә anlaşılan olacaqdır; bu dinin rüşeymi öz varlığının pillәlәri ilә inkişaf edәcәk vә "bütün formalardan әn mummәli" vәziyyәtinә çatacaq”.

 

Babın Tәliminin bir hissәsini Dirilmә, Qi­ya­mәt günü, Cәnnәt vә Cәhәnnәm mәsәlәlәrinin şәrhi tәşkil edirdi. O deyirdi ki, “Dirilmә” - Allah Elçisinin yeni zühu­rudur. “Ölülərin Dirilmәsi” – nadanlıq vә cəhalət mәzarlarında yatanların mənəvi oyanması demәkdir. “Cәnnәt”– Allahı onun Peyğәmbәri vasitәsilә dərk etmək vә sevmәk səadәtidir. Bununla da Cәnnәt insanın öz hәyatı әrzindә әldә etdiyi әn böyük kamillikdir, ölümündәn sonra isә İlahi Sәltәnәtә daxil olma vә əbәdi hәyat hüqu­qudur. “Cәhәnnәm” - Allahı bu cür dәrk etməkdәn mәhrum olmaqdır ki, bunun da nәticәsindә kamilliyә nail olmaq qeyri-mümkün olur. Bab qәtiyyәtlә bildirir ki, bu anlayışların başqa mәnası yoxdur vә insanın fiziki dirilmәsi haqqında, maddi sәma və cәhәnnәm haqqında vә buna bәnzәr digər müla­hizәlәr insan tәxəyyülünün uydurmasıdır. O öyrәdir ki, in­san hәyatı ölümdәn sonra da davam edir vә Axirәt dün­yası hәyatında da kamillәşmәyә aparan yol hüdudsuzdur.

 

Bab Öz Yazılarında ardıcıllarına buyururdu ki, onlar bir-birilәrinә bәslәdiklәri qardaş mәhәbbәti vә nәza­kәtli davranışla fərqlәnmәlidirlәr. Onlar elmlərə, faydalı sәnәt vә peşәlәrә yiyәlәnmәlidirlәr. Hamı elmlәrin başlanğıcı olan ümumi ibtidai tәhsil almalıdır. Qadınlara daha geniş azad­lıqlar verilməlidir. Yoxsullar ümumi xәzinәdәn yardım almalı, lakin dilәnçilik qәti qadağan edilməlidir. Bab "Bәyan"da yazır:

"Allaha elə ibadәt et ki, hәtta bu ibadətə görə atəşə verilməyindən və ya mükafatının cənnət olamağından asılı olmayaraq sitayişində dəyişməz qal. Əgər sәn qorxudan Allaha ibadәt edirsәnsә, onda bu Alla­hın Müqәddәs Dәrgahına layiq deyil; əgər sәn nәzәrlәrininnәtә dikib yalnız ora düşmәk ümidi ilә ibadәt edirsәnsә, bu zaman sәn Allahın yaratdığını Ona şәrik qoşursan"

 

Allahın aşkarlayacağı Kəs – Bəhaullah

 

Babın Allahın Zühuru vә müstәqil dinin (Babiliyin) Banisi idi. Bәhailәr әmindilәr ki, Bab vә Bәhaullah, hәr ikisi onların dininin (Bəhai Dininin) banilәridir. Bәha­ullahın aşağıdakı sözlәri bu hәqiqəti tәsdiqlәyir:

"Bu ali vә fövladә Vәhyi Mәnim әvvәlki Vәhyimdәn (Babın Vəhyindən) ayı­ran qısa zaman mәsafәsi bir sirrdir; belә ki, onu heç bir insan açıqlaya bilmәz; o elә gizlidir ki, heç bir ağıl onu dәrk edә bil­mәz. Onun müddәti qabaqcadan müәyyәnlәşdirilmişdi vә heç kim onun sәbәbini dәrk edә bilmәz, ancaq Mәnim Gizli Kita­bımın mәzmununu anladıqdan sonra onu başa düşә bilәr".

Bab isə Bәhaullah haq­qında tam itaәtkarlıqla bəyan edirdi ki, “Allahın aşkarlayıcı Kәsin günlərindә əgər hәr hansı bir şәxs Ondan bir aeşidәrsә vә onu tәkrar edәrsә, bu, "Bәyanı" min dәfә oxumaqdan yax­şıdır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb