MKTİB-dəki qanunsuzluqlarla bağlı cinayət işi AÇILDI

16:34 21-05-2021 | icon 490 | Hadisə
MKTİB-dəki qanunsuzluqlarla bağlı cinayət işi AÇILDI

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.

 

Masallı Rayon Prokurorluğunun məlumatına görə, bununla əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəziləri qismən işə gəlmiş, digər qismi isə ümumiyyətlə işə gəlməmiş, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilib.

Bundan başqa, Birliyin aktından məlum olub ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinib.

 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərtəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir