"Hər bir sahibkar, dövlət qurumu bu çağırışıma qoşulmalıdır"

16:57 21-05-2021 | icon 336 | Siyasət
"Hər bir sahibkar, dövlət qurumu bu çağırışıma qoşulmalıdır"

Qənirə Paşayeva: "Bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm verilməlidir"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva icra başçılarına çağırış edib.

 

Versus.Az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən komitə sədri bölgələrdə şəhid ailələrinin işlə təmin olunmasına önəm verilməsi gərəkdiyini bildirib.

 

“Mən bununla bağlı yerli icra hakimiyyəti orqanlarının rəhbərliyinə çağırış edirəm”, - o vurğulayıb.

 

Q.Paşayeva qeyd edib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması vacib məsələdir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istqamətdə işlər görür. Ancaq hər bir sahibkar, dövlət qurumu bu çağırışıma qoşulmalıdır”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, bu istqamətdə işlər görülür:

“Düzdür, bəzi problemlər var. Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin ailəsi anlayışı yoxdur. Ümumilikdə şəhid ailəsi var. Onların mənzil təminatının yaxşılaşdırılması ilə bağlı hazırda işlər gedir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb