"Dövlət öz borcunu onlar dünyalarını dəyişməmiş yerinə yetirməlidir"

06:05 22-05-2021 | icon 308 | Cəmiyyət
"Dövlət öz borcunu onlar dünyalarını dəyişməmiş yerinə yetirməlidir"

Razi Nurullayev: "Əgər növbəyə qalsa, onların ev almağa ömürləri yetməyəcək"

 

"Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Onlardan xeyli hissəsi ilə görüşüşmüşəm. Son bir ildə görüşdüyüm şəhid ata və analarından bir neçəsi dünyasını dəyişib və onlar evlə təmin edilə bilmədilər. "Ev, ev" deyə-deyə dünyadan köçdülər və həqiqətən çox üzgünəm".

 
 
Versus.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasındakı çıxışında deputat Razi Nurullayev deyib.
 
 
Deputat qeyd edib ki, belə valideynlərdən biri İmişli rayonu, Qaraqaşlı kənd sakini Mirəliyev Rüstəm kişidir:
 
"Əsa ilə qəbula gəlirdi. Çox köhnəlmiş evinə güclə çıxıb-düşdüyünü deyirdi. O kişi dünyasını dəyişdi və onun obrazı gözümün qarşısından getmir... Bütün Azərbaycan boyu belə şəhid ata və anaları var, hörmətli deputatlar bunu gözəl bilir. O valideyinlərin 70-85 arası yaşları var, hər biri xəstədir".
 
 
R.Nurullayev bildirib ki, ağrılı tərəf budur ki, bu şəxslər dünyalarını dəyişəndən sonra ailə ev almaq və şəhid statusu hüququnu itirir:
 
"Bir nümunə üzərində deyim. İmişlinin Hacalmuradlı kəndində 77 yaşlı şəhid anası Nafizə Tarverdiyeva ana ilə görüşdüm. O mənə dedi ki, Razi müəllim, 28 ildir şəhid vermişəm və ev gözləyirəm. Amma bilsinlər ki, ev almayana qədər Allahdan möhlət istəmişəm, başımı yerə qoyan deyiləm...
 
Çıxan nəticə budur ki, yaşlı, xəstə şəhid ata və analarının evlə təminatı önə salınmalı və dövlət onlar qarşısında olan borcunu onlar dünyasını dəyişməmiş yerinə yetirməlidir. Əgər növbəyə qalsa, onların ev almaq üçün ömürləri yetməyəcək.
 
İnşallah, bu məsələ tezliklə həllini tapmış olar".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb