Canı, qanıyla Vətən yazan Şəhidimizin doğum günüdür

11:42 24-05-2021 | icon 141 | Cəmiyyət
Canı, qanıyla Vətən yazan Şəhidimizin doğum günüdür

Qəlb dünyamızın əbədi sakininə çevrilmişlərdən biri - RAMİL YUSİFZADƏ

 

Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Vətən - o hər zaman yaşasın deyə uğrunda düşünmədən canını qurban vermək, onun müqəddəsliyinə daha da müqəddəslik gətirməkdir. Bu müqəddəsliyin nə olduğunu 44 günlük Vətən müharibəmizdə Azərbaycan oğulları bir daha sübut etdi. Canıyla, qanıyla Vətən yazdı Azərbaycan ərənləri...

 

Hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub, canından canına pay verməklə təsdiqlədi Vətən övladları. Ömrünü Vətənənin ömrünə calamış, Vətən müharibəmizin qəhrəman oğullarından birinin - Reyhan xanımın və Adəm bəyin göz bəbəyi olan Ramilin doğum günü idi bu gün.

Vətənpərvərliyi ana laylalasından başlanmış böyüdükcə torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri ilə daha da dolğunlaşmış Ramilin.... Yaşasaydı 23 yaşı tamam olacaqdı... Həmişə olduğu kimi yenə hamı işığına yığışmışdı.. Sinif yoldaşları, dostları, müəllimləri, qohumlar .. Ramil haqqında danışırdı hamı ...qürurla, fəxarətlə .. Onun səmimiliyini, mehribanlığını ,torpaqsevərliyini, böyüyə hörmətini dilə gətirirdilər.. Elə sevə-sevə, içdən danışırdılar ki, sanki Ramilin balaca köksünə yerləşmiş bu duyğuları yenidən yaşadırdılar.

 

Əslində həqiqətdə də Şəhidlər haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Onlar dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. Şəhidlər – işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.

 

Qəlb dünyamızın əbədi sakininə çevrilmişlərdən biri, haqqında danışdığımız Ramil Yusifzadə 22 may 1998-ci il Bakı şəhərində anadan olmuşdur. O, 3 saylı gimnaziyanı bitirdikdən sonra, 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qəbul olunmuşdur. 2019-cu ildə akademiyanın məzunu olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə başlayır.

Ramil Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

 

Ramil Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. Könüllü olaraq müharibəyə qatılmış Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşdə yaralansa da, ilk tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. Yaralanaraq döyüşü davam etdirən Ramil düşmən tərəfin atdığı artilleriya atəşindən həmin gün şəhid olmuşdur.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Nurlar içində yat, qəhrəmanım .. Vətən heç vaxt səni unutmayacaq..

Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb