"200 minə yaxın toy olacaq”

15:21 24-05-2021 | icon 411 | Cəmiyyət
"200 minə yaxın toy olacaq”

“Azərbaycanda tam miqyaslı toylara icazə verilsə və ertələnən nikahlar da nəzərə alınsa, bir il ərzində bizi 200 minə yaxın yeni toy məclisi gözləyir.

 

Versus.Az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında marketoloq Firdovsi Xəlilov deyib.

 

O bildirib ki, pandemiyadan sonra xaricdən toy məclislərinin cəlb edilməsinə diqqət ayrılmalıdır:

“Toy mərasimlərinin hər birindən 20-25 min manat civarında pul toplanır. Bundan isə gənc ailələr 4-5 min manat qazanır. Bu vəsaitlər real sektorda dövr etdiyi müddətdə yeni iş yerləri yaranır. Təklif edirəm ki, pandemiya bitdikdən sonra xaricdən Azərbaycana illik 15-20 min civarında toy cəlb etməyi hədəf qoyaq. Məsələn, İran İslam Respublikasında əyləncə məhduddur, iranlılar isə əyləncəni sevir. Əgər təyyarə biletləri münasib olsa və il ərzində 10-15 min toy cəlb edilsə, həm əlavə vəsait cəlb etmiş olarıq, həm də bir çox insanı işlə təmin edərik. Lakin yenə də bütün iqtisadiyyatı toyların ümidinə buraxmaq olmaz”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir