"Onların şablon cavablarını zibil vedrəsinə atıram"

11:23 25-05-2021 | icon 198 | Siyasət
"Onların şablon cavablarını zibil vedrəsinə atıram"

Razi Nurullayev: "Elə qurumlar var ki, ya tükləri tərpənmir, ya da..."

 

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi sorğularımıza operativ və əksər hallarda müsbət cavab verən dövlət qurumları arasındadır. Mən bunu yüksək qiymətləndirirəm".

 
 
Versus.Az xəbər veir ki, bunu şəxsi "facebook" hesabında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev yazıb.
 
 
Deputat vurğulayıb ki, elə qurumlar da var ki, ya tükü tərpənmir, ya da şablon cavablarla işlərini bitmiş sayırlar:
 
 
"Onlar cavablarını şöbə müdirinin müavininin köməkçisinın az qala sürücüsü adından imzalatdırıb göndərirlər. Mən də onu ayaqlarımın yanında dayanan, stolun altında olan zibil vedrəsinə atıram. Amma, məsələ bununla bitmir".
 
 
R.Nurullayev qeyd edib ki, bugünə qədər bütün haqlı müraciətlər müsbət həllini tapıb:
 
 
"Müharibədə medal və ordenlər ala bilməyən məktub müəlliflərinin əksəriyyətinə müsbət cavab verilir. O döyüşçü əsgər və zabitlər təltif ediləcəklər. Ümumilikdə 30-dan çox əsgər və zabitin müraciəti müsbət həll edilib".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Qəbul imtahanının nəticələri

Qəbul imtahanında ən yüksək nəticə TOPLAYANLAR

Ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Sunami XƏBƏRDARLIĞI

Paşinyandan daha bir TƏKLİF

Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Koronavirusla bağlı son STATİSTİKA