Parisdə ictimai nəqliyyat pulsuz olacaq

06:30 26-05-2021 | icon 199 | Dünya
Parisdə ictimai nəqliyyat pulsuz olacaq

Fransa hökuməti Parisdəki ictimai nəqliyyatı pulsuz etməyi planlaşdırır.

 

BBC xəbər verir ki, oxşar layihə artıq ölkənin bir neçə kiçik şəhərində uğurla həyata keçirilib.

 

Fransada bir neçə ildir ictimai nəqliyyatda pulsuz səyahət tətbiq olunur. İndi bu imtiyazdan ölkənin 30-dan çox şəhərinin yüz minlərlə sakini istifadə edir.

 

Fransanın doqquzuncu böyük şəhəri olan Strasburq bu proqrama sentyabr ayında başlayır.

 

Dunkerkdə aparılan araşdırmaya görə, pulsuz səyahət siyasətinin tətbiqindən sonra  dəyişikliklər şəhəri canlandırıb və bir çox avtomobil sürücüsü mikroavtobuslara keçdiyindən buradakı karbon qazı emissiyaları azalıb.

 

Sistemin işə düşməsindən bəri ictimai nəqliyyatla səyahətlərin sayı 60 faiz artıb.

 

Hökumət yerli müəssisələrdə vergiləri artırmaqla pulsuz ictimai nəqliyyat proqramının maliyyələşdirilməsini təmin edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir